Əfqanıstanda avtobus qəzası nəticəsində 43 nəfər ölüb
25 Dekabr 2015 16:43 DünyaƏfqanıstanda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 43 nəfər həyatını itirib, bir neçə sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Report "France Presse"yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyindən bildiriblər. Məlumata görə, avtobus Əfqanıstan paytaxtı Kabuldan Məzari-Şərif şəhərinə hərəkət edirmiş. Avtobusda 50 sərnişin olub. Xəbərdə bildirilib ki, yük avtomobili ilə toqquşması nəticəsində avtobus dərəyə yuvarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00