Hadisənin baş verdiyi ərazinin xəritəsi


Çində mədən qəzaları tez-tez baş verir. Tarixdə böyük tələfatla nəticələnən belə qəzalardan biri 1942-ci ildə olmuşdu. Çinin Liaoning əyalətində "Honkeiko" kömür mədənində baş verən həmin hadisəyə qaz və kömür tozunun qarışması səbəb olub. Partlayış zamanı 549 mədənçi həyatını itirmişdi. Sonralar aparılan tədqiqatlar zamanı məlum olub ki, mədənçilərin ölümünə səbəb olan əsas amil ventilyasiya sisteminin bağlanması və karbonmonoksid qazından zəhərlənmə olub. 

Daha bir qəza Çinin Şanzi əyalətində, Laobaidong kömür mədənində 1960-cı il baş verib ki, bu partlayış nəticəsində 684 mədən işçisi həlak olub. Bu faciə ilə bağlı sənədlərsə 30 ildən çox dövlət tərəfindən gizli saxlanılıb.

Göründüyü kimi, böyük sayda insan itkisi ilə nəticələnən mədən qəzalarının sayına görə Çin dünya ölkələri sırasında ön yerdə durur. Bu baxımdan 2012-ci ildən sonra ölkədə mədənlərdə təhlükəsizlik tədbirləri artırılıb. Nəticədə son 3 ildə Çində həm mədən qəzalarının, həm də ölən mədənçilərin sayının təxminən 25 faiz azaldığı bildirilir.