180 kiloluq saqqallı qadın kişini bıçaqladı
25 Dekabr 2015 19:33 DünyaABŞ-ın Kaliforniya ştatındakı San-Dieqo şəhərinin polisi küçədə ondan siqaret istəyən kişini bıçaqlamış qadını həbs edib. Milli.Az The San Diego Union-Tribune-a istinadən bildirir ki, insident şəhərin İst Villic səmtində baş verib. Polis zabiti Robert Haymsın dediyinə görə, 39 yaşlı kişi Park Boulevard-da dayanan bir qrup insana yaxınlaşıb və siqaret istəyib. "Əynində ağ şalvar və cins olan, çəkisi təxminən 180 kiloqrama bərabər qadın hirslənib. O, əvvəlcə kişiyə "Rədd ol!" dedi, sonra bıçaq çıxarıb boynundan vurub", - Hayms söyləyib. Qadın kişini bıçaqlayandan sonra qaçıb aradan çıxıb. Bıçaqlanmış zərərçəkən xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00