Dinozavr sevgisi 276 min dollara başa gəldi

Məşhur aktyor Nikolas Keyc dinozavr hobbisi üzündən 276 min dollarından olub. Publika.az xəbər verir ki, aktyorun 2007-ci ildə auksionda 276 min dollara aldığı dinozavr başının Monqolustandan oğurlandığı üzə çıxıb. Monqolustanlı səlahiyyətlilər dinozavr başının geri qaytarılmasını istəyib. Əvvəlcə bu istəyi ciddi qəbul etməyən aktyor məhkəməyə verilib. Nikolas Keyc Monqolustanın tələbi ilə razılaşmalı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00