Turistlər ölümdən qurtuldular VIDEO

Fici arxipelaqının qərbindəki "Treasure Island" kurortunda helikopter qəzaya uğrayıb. Turistləri daşıyan helikopter okean sahilindəki meydançaya enib. Lakin enişdən dərhal sonra pilotun səhlənkarlığı nəticəsində helikopter irəli əyilib və havaya qalxaraq yaxınlıqdakı ağaclara çırpılıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, helikopterdə olan 7 turist arasında yaralanan və xəsarət alanlar yoxdur. Qəza turistlərin nahar etdikləri restorandan cəmi 7 metr aralıda baş verib. "Treasure Island" Mamanuka adasındakı məşhur kurortdur.

Horrifying moment helicopter crashed metres from Aussie tourist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00