Rusiya Hindistana 100 mln ton neft satacaq
25 Dekabr 2015 09:17 DünyaRusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək.APA bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narenda Modi ilə aparılmış danışıqların yekunlarına dair bildirib. ""Rosneft" və "Esser" qrupu arasında əldə olunmuş razılığa əsasən, Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək", deyə Putin bildirib.Qeyd edək ki, bundan əvvəl "Qazprom neft" konserninin rəhbəri Aleksandr Dyukov qeyd edib ki, Rusiyanın dünya neft bazarında tutduğu strategiyasını dəyişməsinə ehtiyac yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00