ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Yüzlərlə evə ziyan dəyib, onların çoxu tamamilə dağılıb
25 Dekabr 2015 07:23 DünyaABŞ-da qasırğa nəticəsində 11 nəfər həyatını itirib."Report" "Associated Press"ə istinadən xəbər verir ki, həmçinin yüzlərlə evə ziyan dəyib, onların çoxu tamamilə dağılıb.Agentliyin məlumatına görə, təbii fəlakətdən daha çox Missisipi, Tennesi və Arkanzas ştatları əziyyət çəkib.Qasırğanın vurduğu ziyanı gələn həftənin əvvəlində qiymətləndirmək mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00