​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb VIDEO

Təyyarənin əyləcində problem yaranıb

Dekabrın 24-də Konqoda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Faciəvi hadisə Mbudji-Mayi şəhərinin hava limanında baş verib."Report" xəbər verir ki, bu barədə AFP-yə Şərqi Kasai əyalətinin qubernatoru Nqoyi Kasandji məlumat verib.

"Air Service" aviaşirkətinə məxsus "A320" təyyarəsi eniş edən zaman uçuş-eniş zolağından kənara çıxıb və hava limanı yaxınlığındakı yaşayış evlərinə girib. Evlərdə olan 7 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, təyyarənin əyləcində problem yaranıb. Qəzaya səbəblərdən biri kimi insident baş verən zaman yağan leysan yağışlar da göstərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00