Qırğızıstandan şok Türkiyə çıxışı

Rus xəbər agentliyi Ria Novosti -də  yer alan xəbərə görə, Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkiyənin  Su-24 təyyarəsini vurma qərarının səhv olduğunu, Ankaranın üzr istəməsi lazım olduğunu söyləyib.

Atambayev, etdiyi şərhlərdə, "Türkiyənin bu cür radikal tədbirə getməməsinin  lazım olduğunu söyləmişdik. Bu faciəli bir səhv idi, bu həm Türk, həm də Rus xalqı üçün bir problemdir",- deyə bildirib.
Xəbərə görə,  Atambayev bu şəkildə davam edib: "Bu mövzu haqqında Vladimir Putinlə görüşdük. Rəcəb Tayyib Ərdoğan ilə görüşümüzdə  də öz fikrimi dilə gətirdim. Təyyarəni  vurma qərarı qətiliklə səhv idi. Hətta təyyarə Türkiyə hava sahəsinə girmiş olsa belə, onların dediyi kimi 17 saniyəliyinə, yalnız 17 saniyəliyinə 20 ildən uzun müddətdir qurulan qarşılıqlı əlaqələri raketlə vurmaq səhv idi. Bizim ölkəmizin sərhədlərinə qonşu ölkələrin təyyarələrinin girdiyi zamanlar da olub. Həm də saniyəliyinə deyil saatlarla. Amma biz onları vurmamışıq. Bizim üçün sülh daha əhəmiyyətlidir. Türkiyə və Rusiyanın bu vəziyyəti həll etmək üçün bilgilərinin bəs edəcəyinə  ümid edirəm. Rusiya və Türkiyə arasındakı vəziyyətin pisləşməsi həm siyasi, həm də iqtisadi baxımdan iki ölkə üçün  sərfəli deyil. Türkiyənin üzr istəməsinin  lazım olduğunu düşünürəm."

Strategiya.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00