Ukrayna Rusiyaya qarşı sanksiya tətbiq edəcək

“Sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək”

Ukrayna parlamenti hökumətə, Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə icazə verib.

ANS TV-nin məlumatına görə, bu barədə Ukraynanın baş naziri Arseni Yasenyuk Ali Radanın iclasında bildirib.

Onun sözlərinə görə, sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Yasenyuk parlamentə "Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanun"a dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təqdim edib.

O bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir. Həmin qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə verilməsini nəzərdə tutur.

Bundan əvvəl Rusiya da yanvarın 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejiminin və ərzaq embarqosunun tətbiqi barədə qərar qəbul etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00