Valyutadəyişmə qaydaları sərtləşdirildi
25 Dekabr 2015 05:18 DünyaRusiyanın Mərkəzi Bankı valyutadəyişmə qaydalarını sərtləşdirib.Virtualaz.org "Rusiya Bankının Bülleteni"nə istinadən bildirir ki, bazar ertəsindən 15 min rubldan artıq pul dəyişmək istəyənlər sənəd göstərməli və xüsusi anket doldurmalı olacaqlar.Məlumata görə, bu tədbirlər qanunsuz yollarla əldə edilən gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunda nəzərdə tutulur.Mütəxəssislər hesab edirlər ki, bu əməliyyat və xidmətləri xeyli çətinləşdirəcək. Banklar bu prosedurları nağdsız kanallarla etməyə çalışacaqlar ki, bu da öz növbəsində valyutadəyişmə məntəqələrinin ixtisarına səbəb olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00