Putin tapşırıq verdi: Kadırovun neft şirkəti olacaq

Rusiya prezidenti Vladimir Putin hökumətə Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun "Rosimuşestvo"ya məxsus olan, icarə hüquqları əsasında "Rosneft"in idarə etdiyi ən böyük neft hasilatı aktivlərindən birinin - "Çeçennefteximprom"un respublikaya verilməsi təklifini dəstəkləməyi tapşırıb. "Kommersant" yazır ki, Kadırovun 3 dekabr tarixli məktubunda neft hasilatı aktivinin torpaq və infrastruktur potensialından "demək olar ki istifadə edilmədiyi" qeyd olunur. Çeçenistan rəhbərliyi zavodun yanında Koreyanın KOKAM şirkəti ilə birgə litium-ion batareya istehsalı üzrə zavod açmaq istəyir. Hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 milyon ton qiymətləndirilir. Ölkədə neft hasilatı ilə "Qroznefteqaz"ın 51%-nə sahib olan "Rosneft" məşğul olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00