Masaj etdirib pulunu vermədi, üstəlik telefonları da oğurladı

Türkiyədə masaj salonundan telefon oğurlayan şəxs həbs edilib. Gün.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 18-də Adana şəhərində baş verib. 25 yaşlı Muhammer adlı şəxs masaj salonuna gedərək masaj xidmətindən istifadə edib. Lakin, gənc oğlan xidmət qarşılığında 80 lirəni (təxminən 44 manat) verməyib. Bu azmış kimi masaj salonundakı 2 işçinin telefonunu da götürərək ordan çıxıb. Hadisə ilə bağlı işçilər polisə şikayət edib. Hər yerdə Muhammeri axtaran polislər dünən səhət saatlarında başqa bir yerdə telefon oğurlayarkən iş başında yaxalayıblar. Hazırda faktlar ətrafında araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00