"Bu qərar mənim imzam olan siyahıdan kənar şirkətlərə şamil edilmir", - deyə Medvedyev əlavə edib.

Dmitri Medvedyev - Rusiyanın baş naziri
Baş nazirin müavini Olqa Qolodeç bu məhdudiyyətlərin Rusiya ilə uzunmüddətli müaviləsi olan şirkətlərə aid edilmədiyini bildirdi.
"Türk vətəndaşlarının işə götürülməsində olan məhdudiyyətlər uzunmüddətli müqavilələri olan tikinti şirkətlərinə aid edilmir", - deyə o əlavə edib.

Olqa Qolodeç - Rusiya Baş nazirinin müavini
Türkiyə Rusiya arasında münasibətlərin pozulması noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini Türkiyə-Suriya sərhədində vurmasından sonra baş verib. Bundan sonra Rusiya hökuməti Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.
