Küçəyə tüpürənlər cərimə ödəyəcək Qərar
24 Dekabr 2015 15:26 Dünyaİtaliya Parlamenti "Yaşıl iqtisadiyyat" qanun layihəsi çərçivəsində yeni qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, küçəyə tüpürmək, sönmüş siqaret, zibil və ya saqqız atmaq qadağan edilib. Buna riayət etməyən vətəndaşlar qanunla müəyyən edilmiş qaydada cərimə ödəyəcəklər. Küçəni şüursuzca zibilləyən vətəndaşlar 30 və 300 avro arası cərimə ödəyəcəklər. Qanun layihəsi ilə bağlı zibil qutularının sayı artırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00