Tarkan deyilənləri paylaşdığı FOTO ilə alt-üst etdi
24 Dekabr 2015 20:00 DünyaDünən müğənni Tarkanın 2016-cı ildə buraxacağı albomun olduğu kompüterin çökdüyü, "hard disk"in yanmasıyla mahnıların silindiyi haqda xəbərlər yayılıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqastar bu barədə yazılan iddiaların doğru olmadığını bildirib. O, musiqiçi Ozan Çolakoğlu ilə İnstaqram hesabından studiyada birgə çəkdirdiyi fotonu paylaşaraq yazıb:
"Xəbərlər həqiqətə uyğun deyil. Albom hazırlıqları problemsiz davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00