5 həftəyə 1 milyon tirajla albom satdı

Kanadalı müğənni Castin Biber 2015-ci ili uğurla yekunlaşdırıb. Publika.az xəbər verir ki, müğənninin bu il çıxardığı "Purpose" adlı albomu 1 milyon tirajdan çox satış əldə edib. Bu uğura Biber 5 həftə ərzində nail olub. Bununla da, 2015-ci il ərzində belə bir uğura imza atan 3-cü ifaçı olub.

Qeyd edək ki, bu müğənninin ilk belə uğuru deyil. Onun "Believe", Under the Mistletoe", "My world 2.0" və "My world" albomları da 1 milyondan çox tirajla satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00