Silahlı toqquşmalar nəticəsində 19 nəfər ölüb, 35 nəfər yaralanıb
24 Dekabr 2015 13:13 DünyaYəmənin Taiz şəhərində hökumət tərəfdarları ilə üsyançı husilər ("Ənsər Allah" hərəkatı) arasında növbəti toqquşmalar baş verib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə19 nəfər ölüb, 35 nəfər yaralanıb. Döyüşlərdə 9 üsyançı və 10 hökumət qüvvələrinin hərbçisi ölüb. Xatırladaq ki, dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs elan olunmuşdu. Bu müddət ərzində baş vermiş döyüşlərdə azı 75 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00