Rusiya DİN-in iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi işdən çıxarılıb

Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Dmitri Mironovu vəzifəsindən azad edib. APA-nın "gazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, onun yerinə həmin idarə rəisinin birinci, müavini general-mayor Andrey Kurnosenko təyin olunub.

Qeyd edək ki, D. Mironov 2014-cü ilin mayından bu vəzifədə çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00