Sensasion ittiham: “”Google” ABŞ üçün məxfi məlumatlar toplayır”
27 Noyabr 2014 16:52 Dünya"Wikileaks" saytının rəhbəri Julian Assanc "Google" şirkətini ABŞ hökumətinə agentlik etməkdə ittiham edib. O, şirkətin Ağ Evlə yaxın əlaqələrinin olduğunu deyib. Assanc bu fikirə 2011-ci ilin iyulunda şirkət rəsmiləri Erik Smit və Kared Kohenin fəaliyyətləri haqqında məlumatlar əldə etdikdən sonra gəldiyini bildirib. ""Google" ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Bürosuna abunəçilərin elektron poçt yazışmalarına və axtarış motorlarına müdaxilə etməyə icazə verib. Maraqlısı odur ki, agentlər şəxsi məlumatları məhkəmə, yaxud prokurorluğun qərarı olmadan əldə edirlər" - deyə Assanc vurğulayıb. Erik Smitin Dövlət Departamentinə çalışdığını deyən Assanc, onun internet dahisi olmaqla yanaşı, Vaşinqtonun super agenti olduğunu da bildirib. O, eyni zamanda Kared Kohenin isə ABŞ-ın siyasi və hərbi maraqları üçün bütün dünyanı gəzərək əhəmiyyətli məlumatlar toplayan vəzifəli olduğunu iddia edir. ("OLAYLAR" İA)