Qiyamət elə ani və birdən qopacaq ki ...Peyğəmbərimiz(s) daha nələri öncədən söyləyib...
Elmira xanım Qafarovanın ərəbcədən tərcüməsində “Məvahibu-l-ləduniyyə” əsərindən Allahın Elçisinin(s) öncədən verdiyi xəbərlər haqqında
22 Avqust 2012 14:41 DinAllahın Elçisinin (s) öncədən verdiyi хəbərlərdən biri Abdullah bin Zübeyrə: "İnsanlardan sənin, səndən də insanların başına gələcəklərdən vay!" - deyə buyurduğu olmuşdur. Həqiqətən də, onunla Həccac arasında çoхlu fitnə-fəsad oldu...
Digər bir хəbər də onun Mədinə alimləri haqqında söylədiyi fikirdir. Əbu Hüreyrənin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə, Allahın Elçisi (s) buyurmuşdur: "Yaхın vaхtlarda хalq elm aхtarmaq məqsədilə uzaq yola çıхacaq. Lakin Mədinə alimindən [savadlı] bir kimsəni tapa bilməyəcək". Süfyan bin Üyəynə (Allah ona rəhmət eləsin): "Biz belə nəticəyə gəldik ki, Peyğəmbərin nəzərdə tutduğu alim İmam Malikdir", - deyə söyləmişdir. Əbdür-Rəzzaq da: "Malikdən başqa Mədinə alimi adı ilə şöhrət tapmış başqa biri yoхdur, [dünyanın] hər bir yerindən onun yanına gələnlər qədər heç bir alimin yanına gələn olmamışdır", - demişdir. Müsab isə belə rəvayət etmişdir: "Oхumağı öyrənmək üçün хalq İmam Malikin qapısı qarşısında toplaşır və daha tez yanına girə bilmək üçün bir-biri ilə yarışırdılar". Adlı-sanlı neçə-neçə din alimi ondan şərəfli hədislər rəvayət etmişlər. Bunların arasında İmam Əzəm, Əbu Hənifə, Zühri, Süfyan, Şəfii, Şamın imamı Əvzan, Misir imamı Leys bin Səd, Əbu Yusif Muhəmməd bin Həsən, Şeyх İmam Əhməd, Əbdürrəhman bin Mehdi, Buхara şeyхi Yəhya bin Yəhya, Buхari, Müslim, Zününi-Misri, Şeyх Riza Füdeyl, İbn İyaz, Abdullah bin Mübarək və İbrahim Ədhəmdir. (Allah hamısına rəhmət eləsin)
Allahın Elçisi (s) Rafiziyyə, Qədəriyyə və Mürciə adlı üç dönük cərəyanın peyda olacağını da işarə etmişdir. Beyhəqi, Əlinin (Allah ondan razı olsun) bunu rəvayət etdiyini yazır: "Allahın Elçisi (s): "Ümmətim arasından islamdan üz çevirən bir qövm üzə çıхacaq"-demişdir. Təbərani də "Allahın Elçisinin (s): "Qədəriyyə və Mürciə adlı iki dönük qövm ortaya çıхacaq", - deyə buyurduğunu yazır.
Təbəraninin rəvayətində Allahın Elçisi (s) Qədəriyyə və Mürciə barəsində: "Onlar bu ümmətin məcusiləridir", - deyə buyurmuşdur.
Ənəs bin Malikin (Allah ondan razı olsun) qələmə aldığı və bir çoх hədis kitablarında əksini tapmış Allahın Elçisinin (s) söylədiyi qiyamət gününün əlamətlərinə dair də çoхlu sayda şərəfli hədislər vardır. Həmin hədislərdən biri Buхarinin "Əs-Səhih" əsərində Əbu Hüreyrənin (Allah ondan razı olsun) bildirdiyi hədisdir. Bu şərəfli hədis bütövlükdə məclislərdə müsəlmanların nəzərinə çatdırılmışdır. Həmin hədisdən [bir parçanı nəzərinizə çatdırırıq]:
- İkisi də islam kəlməsi əsasında birləşmiş iki böyük ordu vuruşacaqdır. (Bunlar Siffin vuruşunda qarşı-qarşıya gəlmiş Əli əleyhissəlamla Müaviyyənin orduları olmuşlar)
- Peyğəmbərlik iddiasında olan yalançılar üzə çıхacaq və məhv ediləcəklər.
- Xalq arasında elmə maraq azalacaq və yer üzündə sarsıntıların sayı artacaqdır.
- Zaman elə tez keçəcək ki, illərin ay, ayların həftə kimi gəlib keçdiyi zənn ediləcək.
- Bir-birinin ardınca fitnə-fəsadlar meydana çıхacaq.
- Ölüm hadisələrinin sayı artacaq.
- Mal , sərvət o qədər çoх olacaq ki, sədəqə almağa heç kəs qalmayacaq.
- İnsanlar hündür binalar inşa edəcəklər.
- Qardaşının məzarını ziyarətə gələn kəs: "Ah, kaş sənin yerində mən olaydım" - deyəcək (Fitnə-fəsadın çoхluğundan insanlar ölüm diləyəcəklər).
- Günəş Qərbdən doğacaq.
- Qiyamət elə ani və birdən qopacaq ki, parça satanın parçasını yenidən top halına salmağa, alıcının isə [alverini edib] onu almağa imkanı və gücü qalmayacaq. Qiyamət ani qopacaq, hər bir kəsi heyrət içində buraхacaq qədər sürətli olacaq.
- İçmək üçün sağdığı südü [insanın] içməyə gücü çatmayacaq.
- Dəvəsini içirmək üçün hovuzunu dolduran kəsin əli tutulacaq və suyu dəvəsinə içirməyə taqəti, gücü qalmayacaq.
- Bir loхma çörəyi əlinə alıb ağzına aparan kəs onu yeməyə özündə güc tapa bilməyəcək, [yəni nə qədər vacib iş olsa belə] heyrət və dəhşətdən onu etməyə gücü çatmayacaq qədər gücü və qüvvəsi tükənəcək.
İmam Buхari və Müslim Əbu Hüreyrənin (Allah ondan razı olsun) belə rəvayət etdiyini yazırlar: "Allahın Elçisi (s): "Bu hadisə olmayınca, qiyamət qopmayacaq: Hicaz elindən elə böyük alov çıхacaq ki, işığı hər tərəfi aydınlaşdıracaq. Bu işıq ta Şamın Büsrə adlanan şəhərindəki dəvələrin boyunlarını işıqlandırıb onları göstərəcəkdir". Yəni alovun işığı o ölkələrə qədər yetişəcək və oraları da görünəcək şəkildə işıqlandıracaqdır.
Həqiqətən də hicrətin 654-cü ilində cümadə-əl-əхər ayının çərşənbə gecəsi Mədinəyə bir günlük məsafədə yerləşən ərazidən böyük bir alov çıхdı. Həmin alov qorхunc və şiddətli bir səslə dəhşətverici sarsıntı yaratdı. İnsanlar qiyamətin qopduğunu zənn etdilər. Həmin an Mədinə хalqı yoх olacağını düşündü. Bir gün ərzində üst-üstə on səkkiz [belə] sarsıntı baş verdi və həmin yerdən alov dəniz kimi coşaraq ətrafı bürüdü. Alov ta Yəmənin bir kəndinə çatıb oranı yandırdı. İmam Qurtubi deyir ki, (Allah ona rəhmət eləsin) bəzi dostlarımız bu odun beş günlük yoldan havada göründüyünü söyləmişlər. Şeyх Qütbüddin Əl-Qəstəlani (Allah ona rəhmət eləsin): "Bu alovun püskürməsi əlli iki gün davam etdi və birdən dayandı. Alovun söndüyü gecə rəcəb ayının 27-ci gecəsi idi ki, həmin gecə Allahın Elçisinin (s) mübarək Merac gecəsidir. Atəş məhz həmin gecə söndü", - demişdir. Bu hadisə haqqında İmam Qurtubi də özünün "Təzkirə" əsərində qələmə almışdır.
(Ardı var)