Quranda da bununla bağlı heç bir əlamət, heç bir işarə, ayə yoxdur-Elşad Miri- ÖZƏL

Son günlərdə İmam Zamanın zühurundan sonra məktəblərin, universitetlərin və elmi seminariyaların 90 faizinin bağlanacağı haqqında iranlı ilahiyyatçılar tərəfindən fikirlər səsləndirilir. Onların dediklərinə görə, zühur dövründə insanlarının təhsilə ehtiyacı olmayacaq:

"Zühurdan öncə isə 27 elmi sahədən yalnız 2-i inkişaf edəcək", -deyə əlavə ediblər. 

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən ilahiyyatçı alim Elşad Miri qeyd edib ki, bu, həmin insanların dünyagörüşünü, təhsillə bağlı fikirlərini ortaya çıxaran bir məsələdir:

"Çünki, həqiqətən sabah kiminsə İmam Zaman olmasını, kiminsə Mehdi olmasını iddia etmək üçün, ya da iddia edəni olduğu kimi qəbul etmək üçün təhsilə demək ki, ehtiyac yoxdur. İnsanlar təhsilsiz, cahil olmalıdır ki, kimsə çıxıb gəlsə, onun Mehdi olduğunu iddia edə bilsin. Halbuki İslam dinində Mehdilik anlayışı, İmam Zaman anlayışı olmayan bir məsələdir. Bunlar sonradan ortaya çıxmış, İslamlaşdırılmış bir anlayışdır. Digər dinlərin hər birində hər bir zaman bir qurtarıcı, bir xilaskar anlayışı gözləyiblər. Bununla bağlı da Bosniyanın keçmiş lideri Aliya İzzetbeqoviç belə demişdir ki, Mehdi anlayışı bizim tənbəlliyimizin adıdır. Biz öz bacara bilmədiyimizi, edə bilmədiyimizi Mehdinin gəlməsi ilə həyata keçirəcəyimizi düşürük. Bu isə insanı həqiqətən tənbəlləşdirən məsələdir. Bir daha qeyd edirəm ki, Quranda da bununla bağlı heç bir əlamət, heç bir işarə, ayə yoxdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31