İyulun 13-nə olan oruc təqvimi

Ramazan ayının 4-cü günü, iyulun 13-ü üçün oruc təqvimi və duası:

İmsak: 04:52
İftar: 21:27

Ramazan ayının 4-cü gününün duası: "Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin.".

Tərcüməsi: "İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31