Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstandakı soydaşlarımıza Azərbaycan dilində Qurani-Kərim göndərib

Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstandakı soydaşlarımıza Azərbaycan dilində Qurani-Kərim göndərib.

Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstandakı soydaşlarımıza Azərbaycan dilində Qurani-Kərim göndərib.
Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Dövlət tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstan müsəlmanları idarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.
Kitabların göndərilməsində əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın dini maariflənməsinə dəstək olmaqdır. Müqəddəs kitabları qəbul edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi  Ramin İgidov belə gözəl təşəbbüsə görə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyinə və mənəvi dəyərlərin təbliği fonduna ölkə müsəlmanları və soydaşlarımız adından təşəkkürünü bildirib. Dini sahədə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayan R.İgidov Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət  diləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31