“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Hacıqabulda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Hacıqabulda "Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR" xəbər verir ki, görüşdə dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. E.Şıxəliyev qeyd edib ki, dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur. Natiq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə də danışıb.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Şərqlə-Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanışılan ölkə kimi tanınmaqdadır.

Dövlətin dinə və dindarlara qayğısından da danışan Gündüz İsmayılov deyib ki, dövlət vəsaiti hesabına onlarla məscid inşa edilib və ya əsaslı təmir olunub, ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı ayrılıb.

Sədr müavini Gündüz İsmayılov çıxışında dini radikalizm və onun doğurduğu fəsadlardan da bəhs edib. O, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, eləcə də dinin siyasiləşdirilməsi kimi hallara rast gəlindiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məkrli qruplar tərəfindən cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılmasına müəyyən cəhdlər olunur.

Sədr müavini eyni zamanda dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin gücləndirilməsindən də bəhs edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31