“Azərbaycanda islam mədəniyyəti tarixindən” - Seminar
29 Oktyabr 2018 14:28 DinAMEA Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycanda islam mədəniyyəti tarixindən" adlı seminar və İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadovun "Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı - XIX-XX əsrin əvvəlləri" adlı monoqrafiyasının təqdimat və tanıtımı keçirilir. Tədbirin təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, YAP Səbail "Azərbaycan tarixçiləri" ərazi ilk partiya təşkilatı və Bilik Fondudur.
Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin tələbələri və Yeni Azərbaycan Partiyasının üzvləri də iştirak edir.Tədbiri açan Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq milli-mədəni maarifçilik, multikulturalizm və islam həmrəyliyi mövzularında mütəmadi seminarlar təşkil edildiyini bildirdi. Təqdimatdan sonra Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşıları - t.ü.f.d. Tural Şiriyev - "Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu" və Etnoqrafiya fondunun müdiri Sevinc Nəsirova - "İslam mədəniyyətinin toxuculuq məmulatlarında əksi" mövzularında məruzə oxudular. İştirakçılara Azərbaycanın, o cümlədən Naxçıvanın islam mədəniyyəti tarixində oynadığı rol, muzeydə nümayiş olunan eksponatlarda islam mədəniyyətinin əksi və təbliği haqqında məlumat verildi.