“Qurban bayramı cəmiyyətdə qardaşlıq hisslərini gücləndirir” – Komitə sədri
21 Avqust 2018 11:50 DinXeyirxahlıq, həmrəylik və bərabərliyin təcəssümü olan müqəddəs Qurban bayramı cəmiyyətimizdə qardaşlıq və milli birlik hisslərini daha da gücləndirir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, Qurban bayramı öz tarixi kökümüzə sıx bağlılığımızı nümayiş etdirir:
"Qurban bayramı insanları mənəvi saflığa, mərhəmətə ruhlandırır, eləcə də yüksək əxlaqi hisslər aşılayır. Bu bayramın dövlət müstəqilliyimizin bərpasından sonra rəsmi şəkildə qeyd edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31