Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
14 Avqust 2018 11:17 DinAzərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
İlk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.
Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31