Bu il Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir
9 Avqust 2018 14:10 DinBu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.
Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsinin məlumatına istinadla xəbər verir ki, zəvvarların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 61.500 nəfər, yəni 7 faiz artıb.
İdarədən bildiriblər ki, zəvvarların 928.043 nəfəri təyyarə, 40.734 nəfəri yerüstü nəqliyyat, 9.382 nəfəri gəmi ilə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31