Orucun dinimizdəki önəmi və yeri nədir?

"Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir" Hər bir batil və ya haqq dinində müəyyən olunmuş qaydalar vardır . Hər kəs də öz dininin təmsilçisi olaraq bu qaydalara etiqad edib onları yerinə yetirər. Haqq və həqiqət dini olan İslamdada müsəlmanlara müəyyən əmrlər buyrulmuş, müsəlmanlığın göstəricisi olaraq yerinə yetirilməsi istənilmişdir. Ramazan ayı, müsəlmanlar üçün müqəddas bir aydır. İslam günəşi bu ayda doğmuş, dünyanı aydınladan Quran-i-Kərim bu ayda enməyə başlamışdır.

"Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir"

Hər bir batil və ya haqq dinində müəyyən olunmuş qaydalar vardır . Hər kəs də öz dininin təmsilçisi olaraq bu qaydalara etiqad edib onları yerinə yetirər. Haqq və həqiqət dini olan İslamdada müsəlmanlara müəyyən əmrlər buyrulmuş, müsəlmanlığın göstəricisi olaraq yerinə yetirilməsi istənilmişdir. Ramazan ayı, müsəlmanlar üçün müqəddas bir aydır. İslam günəşi bu ayda doğmuş, dünyanı aydınladan Quran-i-Kərim bu ayda enməyə başlamışdır. Min aydanda xeyirli olan Qədir gecəsi bu aydadır. İçimizi pis düşüncələrdən, bizləri çirkin hərəkətlərdən saxlayan oruc bu ayda tutulmaqdadır. Oruc, sözlük anlamı özünü tutmaq, qorumaq deməkdir. Dini anlamda isə imsak vaxtından iftar vaxtına qədər ibadət niyyəti ilə,yeməkdən içməkdən,cinsi əlaqədən uzaq durmaq deməkdir. Bəs orucun dinimizdəki önəmi və yeri nədir?

İslamın 5 şərtindən 3-cüsü Ramazan ayında oruc tutmaqdır. Ramazan orucu, hicrətin 2-ci ilində vacib buyrulmuşdur. Allah buyurar: Ey iman edənlər! Oruç sizdən öncəkilərə vacib buyrulduğu kimi, sizə də vacib buyuruldu. Ola ki, qorunub saxlanarsınız !.Oruc, bizi dünyada pisliklərdən qoruyandır. Oruc, qiyamət günündə oruclu üçün şəfaət edəcək :Ya Rabbi! Mən onu gündüzləri yeyib içməkdən və dünyəvi zövqlərdən uzaq tuturdum. Bunun üçün onun haqqında şəfaətimi qəbul et "deyəcəkdir. Cənab-ı Haq da orucun bu istəyini qəbul edib, orucluya şəfaət etmə izni verəcəkdir. Oruc bizi axirətdə qoruyan, dualarımızın qebul olmasını tezləşdirən vacib ibadətdir.  Sevgili Peyğəmbərimiz bu müjdəni verir: Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.

Ağıllı, həddi büluğa çatmış müsəlmanın orucunu tutması vacibdir. Ancaq oruc tuta bilməyəcək qədər xəstə olanlar və ya evindən uzaq səyahətdə olanlar oruc tutmaya bilərlər. Xəstələr sağaldıqda və ya öz evinə dönən səyahətçilər tutmadıqları orucu qəza edib tutmalıdırlar. Xəstə olan birinin sağalmayacağı bilinərsə hər gün üçün sədəqə verməlidir; yəni bir kasıbı bir gün əvəzinə doyurar. Heyz halında olan qadınlar daha sonra qəzası 1 gün olmaqla oruclarını tutmalıdırlar. Ramazan orucunu bilərəkdən pozan və ya heç tutmayan biri əvəzini qəzalarla tutmalı və ya kəffarəsini verməlidir . Ramazan Bayramının birinci günü ilə Qurban Bayramının birinci günü oruc tutmaq məkruhdur(olmaz). Oruc tutacaq insanların gecə yedikləri yeməyə sahur deyilir . Sahur oruca dayanma gücü verdiyindən sahura qalxmaq müstəhəbdir. Hz. Peyğəmbər, "Sahur yeyin çünki sahurda bərəkət vardır." buyurmuşdur. Iftarda tələsmək, sahuru geciktirmək sünnətdir. Ayrıca sahur vaxtı duaların qəbul olunduğu vaxtdır.

İftar isə dini bir termin olaraq anlamı orucu açmaq deməkdir. İftardan öncə orucnu pozub yeyən üçün halal deyildi, pozan isə günah sahibidir. Ancaq xəstəlik, qocalıq, qadınlarda heyz, ya hər hansısa bir yerə səyahət zamanı pozmağa icazə verilmişdir. Hz. Peyğəmbər iftar zamanı orucu xurma və ya su ilə açmağı məsləhət görmüşdür. Oruc açarkən dua etmək sünətdir. Hz. Peyğəmbər iftar açılarkən edilən duanın qəbulunu xəbər vermişdir, Hz .Peyğəmbər"orucluya iftar verən onun savabında savab qazanar" deyə buyurmuşdur.

Ramazan ayında oruc İslamın dirəklərindən biridir. Məhəmməd peyğəmbər (S) deyib: "Kim ki, mukafat alacağına inam və ümidlə oruc tutar, onun keçmiş günahları bağışlanar". "Kim ki, Allah xatirinə oruc tutar, Tanrı onu Ramazan ayının hər bir gününə görə yetmiş gün Cəhənnəm əzabından xilas edər". "Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir". Muhəmməd peyğəmbər (S) insanları bu ayda mümkün qədər yaxşı iş görməyə, etdiyi günahlara görə tövbə etməyə, Allahdan bağışlanmağını diləməyə, sədəqə vermək, Quran öyrənmək və dua oxumağa çağırıb. Ramazan ayında oruc tutmayan müsəlmanlar Allah tərəfindən sərt cəzalandırılacaqlar, halbuki, yazılanlara əməl edənlər Allah tərəfindən mükafatlandırılacaqlar. Belə ki, mükafatların həcmi oruc tutanların davranışından asılıdır. Peyğəmbərimiz deyib ki, insan orucun bütün üstünlüklərini anlamağa və onun əvəzində alacağı mükafatların ən böyüyünə can atmalıdır. Ən uca Allah deyib: "Oruc mənə xatir tutulur və Mən oruc tutanı mükafatlandıracağam, çünki o, Mənə xatir nəfsini saxlayır və Mənə xatir aclığa dözür". And olsun ki, oruc tutanın ağzından gələn iy, Allah üçün müşk ətrindən xoşdur".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31