Oruc tutmaq nə üçün vacibdir?

Bu ibadətin hikməti nədədir?

Oruc bizdə Uca Allaha sevgini tərbiyə edir. Oruc bizə tövbəni və günahları tərk etməyi öyrədir. Oruc bizə insanlara yaxşılıq etməyi öyrədir. Oruc bizi səbri və yüksək əxlaqı öyrədir. Ramazan hər birimiz üçün yaxşılığa doğru dəyişikliklər ayıdır. Günahların bağışlandığı və Allahın mükafatlandırdığı aydır. Peyğəmbərimiz deyib ki, insan orucun bütün üstünlüklərini anlamağa və onun əvəzində alacağı mükafatların ən böyüyünə can atmalıdır. Ən uca Allah deyib: "Oruc mənə xatir tutulur və Mən oruc tutanı mükafatlandıracağam, çünki o, Mənə xatir nəfsini saxlayır və Mənə xatir aclığa dözür". And olsun ki, oruc tutanın ağzından gələn iy, Allah üçün müşk ətrindən xoşdur". Aya yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu Əkbər" deməklə) təzim və şükr edəsiniz. Hər bir müsəlman Allaha itaət etməli və Onun hökmlərini yerinə yetirməlidir. Allah - Təala müqəddəs Ramazan ayı ərzində orucluğa riayət etmə qaydalarını müəyyən edib. Bu ayda Allah insanlara böyük faydalar verir, onların günahlarını bağışlayır, nəcibləşdirir və mükafatlandırır. Ramazan ayında oruc tutmaq şüuru, həddi-buluğa çatmış və müsəlman şəriətinə görə, oruc tutmaq iqtidarında olan hər bir şəxsə vacib buyrulub. Mübarək Ramazan ayını yaşadığımız bu günlərdə dünyanın əksər müsəlmanları oruc tutur. Onlar sübh açılandan gün batana kimi yemək-içməkdən və cinsi yaxınlıqdan könüllü imtina edir. Bəs, bu ibadətin başlıca mənası nədədir? Niyə heç nəyə ehtiyac duymayan Uca Yaradan, öz məxluqlarını yeməkdən, su içməkdən və cinsi yaxınlıqdan imtina etməyi tələb edir? Bu ibadətin hikməti nədədir? Oruc müsəlmanın mənəvi halına və onun Rəbbi ilə münasibətinə necə təsir göstərir?

Vəkil Rövşən Qasımov bildirib ki, təəssüf ki, günümüzdə bir çox müsəlmanlar, səhvən güman edir ki, orucun əsas mənası qida və içki qəbulundan və cinsi yaxınlıqdan imtina etməkdən ibarətdir. Çox az qisim insan "Niyə Uca Allah müsəlmanlara, İslamın beş sütunundan biri olan bu böyük ibadəti əmr edib?" sualını özünə verir. Əslində Ramazanda tutulan oruc təkcə yeməkdən və cinsi yaxınlıqdan müvəqqəti imtina deyil. Ramazan ayında oruc tutmaq böyük mənəvi məktəbdir ki, öz dərsləri ilə müsəlmanlara daha yaxşı: Uca Allaha yaxın və sevilən qul, ətrafındakı insanlar üçün isə ən xeyirxah insan olmaq imkanını verir. Gəlin böyük oruc məktəbinin ən əsas dərslərindən bəzilərinə nəzər salaq. Ola bilsin ki, biz bu dərsləri dərk edib və anlayıb, Böyük Yaradanın yaxın və sevilən qulları ola biləcəyik. Bir düşünün, indi siz oruc tutubsunuz. Bəzən elə olur ki, tez-tez evdə və ya işdə təklikdə qalırsınız. Susuzluq və aclıq hiss edirsiniz. Amma, buna baxmayaraq, siz heç vaxt yeməyə və ya suya toxunmağa cəsarət etməyəcəksiniz.  Çünki, anlayırsınız ki, Uca Allah indi sizi görür, siz Ondan heç nə gizlədə bilməyəcəksiniz! Axı "O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür." (Müqəddəs Quran, "Hədid" surəsi, 4-cü ayə). Allah etdiyiniz hər şeyi görür, siz də buna tamamilə əminsiniz. Onda bütün bunlardan sonra dualarımızda Allahdan başqa kimi isə çağıra bilərik? Hansısa bir daş, amulet, medalyon, ağac və başqa cansız əşyaların bizə xeyir və ya ziyan gətirə biləcəyinə necə ümid edə bilərik? Ölmüş əməlisaleh insanlardan necə nə isə istəyə bilərik, bir halda ki, onlar artıq nə görür, nə də eşidirlər.  Axı Uca Allah ölülər haqqında deyir: "Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar." (Müqəddəs Quran, "Fatir" surəsi, 14-cü ayə). Axı biz əminik ki, təklikdə qaranlıq otaqda qaldıqda, orucu poza bilmərik, çünki Uca Allah bu haqda biləcək. Bəs onda bundan sonra, biz necə şüurlu olaraq Allahdan qeyrisinə ibadət, dua edərək və qorxaraq bununla Uca Yaradanın hər şeyi görmək və eşitmək kimi atributları və keyfiyyətlərini məxluqata aid edirik?! Buna görə Uca Allah bizə deyir: "Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın." (Müqəddəs Quran, "Bəqərə" surəsi, 22-ci ayə). Digər tərəfdən, Uca Allahın sizi tövhidə əsaslanan oruca - siz yalnız Onun üçün oruc tutduğunuza və Onun böyüklüyünü və Hər şeyi bilən olduğunu dərk etdiyinizə görə necə mükafatlandırdığına diqqəti edin. Səhih hədisdə rəvayət olunur ki, Uca Allah deyir: "Adəmoğlunun bütün əməlləri özü üçündür. Oruc istisna olmaqla, o Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm". (əl-Buxari). Uca Allahın orucu bütün ibadətlər arasından necə seçdiyinə baxın: "O Mənim üçündür və onun mükafatını da Mən verəcəyəm". Niyə? Ona görə ki, namaz və həcc kimivə.s , başqa ibadətlərdən fərqli olaraq, oruc vaxtı sizin ac və susuz olduğunuzu ətrafdakılar görmür. Siz isə Hər şeyi görən və Hər şeydən xəbərdar olan Allahın sizi gördüyünü anlayırsınız. Bu sizin üçün kifayətdir. Çünki siz yalnız Ona ibadət edir və yalnız Onun razılığını qazanmaq üçün oruc tutursunuz.

Orucun həqiqi mənası barəsində düşünün! Sübh vaxtından günəş batana qədər insanlar könüllü olaraq yeməkdən, sudan və şəhvətdən imtina edir. Məgər aclığın, susuzluğun və cinsi istəyin ödənilməsi insanın ən sevdiyi məşğuliyyətlər deyildirmi? Ən sevdiyiniz məşğuliyyətləri nə üçün könüllü tərk etdiyinizi bir fikirləşin. Məgər ona görə yox ki, Uca Allah sizin üçün hər şeydən üstündür? Axı insan sevdiyi şeylərlə yalnız onun üçün daha sevimli və istəkli olana görə fəda edir. Bu səbəbdən səhih hədisdə Uca Allah deyir: "O öz nəfsi istəklərini Mənim üçün tərk edir"(Muslim).

Allahı sevən və mömin kimi yaşayan insan Uca Allahın onu sevməsinə müvəffəq olur. Qüdrətli Allahın bir insanı sevməsindən daha yaxşı nə ola bilər?! Məgər belə insan bədbəxt ola bilərmi?! Uca Allah deyir: "Əgər onu sevdimsə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən istəsə, istədiyini mütləq ona verərəm. Sığınacaq diləsə, mütləq ona sığınacaq verərəm". (Buxari)

"Ramazan - hər birimiz üçün yaxşılığa doğru dəyişikliklər ayıdır. Bu ay bizim üçün günahlardan qurtulmaq və öz əxlaqımızı yaxşılaşdırmaq üçün fürsətidir. Fikirləşin, bu ayda, günəş çıxandan günbatana qədər, biz, Allahın razılığını qazanmaq üçün yemək-içməkdən imtina edirik. Necə olur ki, bizim üçün halal olan şeylərdən bu ayda imtina edirik, lakin qadağan edilmiş əməlləri etməyə davam edirik?! Məgər bu ziddiyyət deyil?! Biz yeməyi və suyu tərk edirik, amma valideynlərə pis münasibəti, siqaret çəkməyi, dedi-qodunu, namazı vaxtsız qılmağı və başqa günahları tərk etmirik. Beləliklə, Ramazanda oruc bizə öyrədir ki, istədiyimiz təqdirdə, biz yeyib-içməyi tərk etdiyimiz kimi öz günahlarımızı da tərk edə bilərik.

Fikirləşin, biz indi oruc tuturuq, hər gün güclü aclıq və susuzluq hiss edirik. Bəlkə də, heç 11 ay ərzində biz bu hissləri bilməmişik. Deməli, Ramazan ayında, biz istər-istəməz yoxsul qardaş və bacılarımızı - kasıb və ehtiyaclı müsəlmanları yada salırıq. Axı, ola bilsin ki, onlar bizdən fərqli olaraq belə aclığı təkcə Ramazanda deyil, hər ay keçirirlər. Bütün bunlar, bizi yenə də Uca Allaha verdiyi lütfə görə şükür etməyə və ehtiyaclı müsəlmanlara kömək etməyə həvəsləndirir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31