Poqbanın transferi rekord qıra bilər

"Mançester Yunayted" Pol Poqbanın transferi üçün astronomik pullar xərcləməyə hazırdır.

"Mançester Yunayted" Pol Poqbanın transferi üçün astronomik pullar xərcləməyə hazırdır.

Goal.az xəbər verir ki, "qırmızı şeytanlar" gənc ulduza görə 125 milyon avro təklif edir. Poqbanın özünə 5 illik müqavilə, 12 milyon avro məvacib təklif olunur. Hazırda fransalı havbekin agenti Mino Rayola klubla danışıqlar aparmaq üçün Mançesterə gəlib.

Şifahi razılığa əsasən, Rayola transfer qiymətinin 20%-nə sahib çıxacaq. Güman olunur ki, Poqbanın satışından əldə olunacaq gəliri "Yuventus" Hiquainin transferinə xərcləsin. "Napoli"nin forvardına 95 milyon avro qiymət qoyulub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31