Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının 14-cü günüdür.
19 İyun 2016 23:01 DinSabah Ramazan ayının 14-cü günüdür.
Trend bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 20-də Bakıda imsak saat 03:08, iftar isə saat 20:31-dədir.
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Allah orucunuzu qəbul etsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31