Bu gün Qədir-Xum bayramıdır
Rəvayətə görə, bu gün Həzrəti Muhəmməd (s) Həzrət Əlini (ə) özünün canişini təyin edib
3 Noyabr 2012 06:50 DinZilhiccə ayının 18-ci (3 noyabr) günü İslam dünyasının Qədir-Xum bayramıdır. Bu mübarək gündə Allahın sonuncu Peyğəmbəri Muhəmməd Mustafa (s) Həzrət Əlini (ə) özünün canişini təyin etdi. Qədir-Xum bayramı və onu qeyd etmək ənənəsi Həzrət Peyğəmbərin (s) zamanına təsadüf edir. İmamların (ə) dövründə də bu dini sünnə davam etmiş və İmam Sadiq (ə) və İmam Rza (ə) onu aşkar etmişdilər. Bu bayramı əziz tutmuşdular. Onlardan əvvəl də Əmirəlmöminin (ə) bu günü qeyd edərdi. Bütün dünyada olduğu kimi, vətənimiz Azərbaycanda da bu mübarək gün hər il qeyd olunur.Qədir-Xum bayramınız mübarək!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31