Lobbiçilik və onun fəaliyyət istiqamətləri

Son zamanlar poli-etnik cəmiyyətdə yaşayan milli azlıqlar arasında öz etnik mənsubiyyətinə, mədəniyyətinə maraq artıb, qrupdaxili inteqrasiya prosesləri güclənib. Bu proseslərin nəticəsi kimi bir çox hallarda müxtəlif etnik qruplar diasporlarda birləşiblər. Ekspert Ceyhum Mahmudov deyir ki, diaspora ilə əlaqədar elmi ədəbiyyatda iki mövqe var. Bir qrup tədqiqatçı bu anlayışı yunanlarla əlaqələndirsə də, başqa bir qrup isə onu yəhudilərlə əlaqələndirir: "Son dövrlərdə diaspora, anlayışı müxtəlif proseslərlə əlaqələndirilərək kəsb etdiyi mənanın sərhədləri genişləndirilib. Q. Şefferə görə diaspora etnik qrupların könüllü və ya məcburi miqrasiya prosesləri nəticəsində ortaya  çıxır. Onlar mühacirət etdikləri ölkələrdə milli azlıq statusunda yaşayırlar, etnik və etno-dini mənsubiyyətlərini, qrupdaxili həmrəyliklərini mühafizə edirlər. Bundan başqa diaspora anlayışı miqrasiya və milli azlıqlar sözləri ilə sinonimlik təşkil edir. Son dövrdə rus dilində "diaspora" kəlməsi istənilən etnik qrupu ifadə etmək üçün işlədilir". Ceyhun Mahmudov deyir ki, 1945-ci il qədər diaspora fenomeni tamamilə yəhudilər ilə əlaqələndirilsə də, bu dövrdən sonar dünyada baş verən proseslər nəticəsində şimali afrikalılar, hindlilər, türklər öz tarixi torpaqlarını tərk edərək, yeni diasporlar formalaşdırdılar. Məhz həmin hadisələrin axarında "diaspora" anlayışı yeni mənalar kəsb etməyə başladı: "Müasir beynəlxalq sistemdə dövlətlərin xarici siyasətində prioritet təşkil edən mənsəblərdən biri də diaspor quruculuğu və diasporla əməkdaşlıq məsələsidir. Bunun əsas səbəblərindən biri diaspora təşkilatlarının beynəlxalq sistemə təsir edə bilən beynəlxalq aktyorlara çevrilməsidir. Diaspora təşkilatları əsasən ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya və digər dünya siyasətinə təsir edə bilə dövlətlərdə fəaliyyət göstərirlər. Bu qrupların əsas məqsədləri öz etnik qruplarının və tarixi vətənlərinin lehinə qərarlar qəbul etdirməkdir. Dünyada təsir imkanlarına gorə yəhudi, yunan və erməni diasporlarını göstərmək olar. Adı cəkilən etnik qruplar xüsusilə dünyanın super dövləti olan ABŞ-da fəaliyyət göstərir və tarixi vətənlərinin lehinə əhəmiyyətli qərarların verilməsində müstəsna rol oynayırlar. İstər yəhudi, istər yunan, istərsə də erməni diasporu qrupdaxili həmrəyliyə əsaslanaraq müxtəlif ölkələrdə təşkilatlanaraq öz etnik birliklərini qurublar. Amma son dövrlərdə diasporların təşkilatlandırılmasına dövlətlər özləri nəzarət edirlər. Məsələn, dünyanın onlarla ölkəsinə səpələnmiş Azərbaycan diasporu uzun tarixə sahib olsa da, bir müddət pərakəndə fəaliyyət göstərərək, qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Məsələnin ciddiyyətini anlayan Azərbaycan dövləti bu prosesi öz nəzarətinə götürüb milli diaspora quruculuğunda birbaşa iştirak etməyə başlayır. Hazırda bu məsələ ilə məsğul olan xüsusi kommitə fəaliyyət göstərməkdədir". Ekspert bildirir ki, lobbiçilik bu gun yəhudi, yunan və erməni diasporlarının müvəffəq olduqları fəaliyyət növündəndir: "Lobbiçilik fəaliyyətini təhlil etməzdən əvvəl "lobbi" sözünün etimologiyasına diqqət etmək lazımdır. Lobby _ ingilis dilindən tərcümədə gözləmə salonu adlanır. "Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözünün zamanla öz mənasını dəyişməsi nəticəsində formalaşıb. Ehtimal olunur ki, bu ifadənin işlədilməsinin tarixi ABŞ-ın 1869-1877-ci illərdə 18-ci prezidenti olmuş Ulysses S.Granta aiddir. General Grant Villard hotelinin lobbisində siqar çəkməyi sevərdi. Mövcud şəraitdən istifadə edən siyasi alverçilər müəyyən məsələləri həll etmək üçün onunla danışıqlara girib müvafiq qərarın qəbul olunmasına çalışırdılar. Beləliklə bu işlə məşğul olan siyasi alverçilərə "lobbiçi" bu fəaliyyətə isə "lobbiçilik" fəaliyyəti adı verildi. ABŞ-da "lobbiçilik" qanunla müəyyənləşdirilmiş ölçülər çərçivəsində fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləmək üçün 1946-cı ildə Federal Lobbi qanunu qəbul edildi. Bu qanunda lobbiçinin kim olduğu müəyyənləşdirilir və onun maliyyə imkanları nəzarət altına alınırdı. Həmin qanunda deyilir ki, Amerika Konqresindəki qanunlara təsir etməyə və ya müvafiq qanun çıxmasına çalışan, bunun üçün birbaşa və ya dolayı yolla pul və digər qiymətli əşyalar toplayan və ya əsl məqsədi bu olan şəxslər lobbiçi olaraq adlandırılır". Ceyhun Mahmudov deyir ki, lobbiçilik növlərinə görə iki yerə bölünür: "Birbaşa lobbiçilik; İctimaiyyət arasında təşviqat aparılaraq qurulan lobbiçilik. ABŞ-da lobbiçiliklə xususi maraqlı qruplar və etnik diaspora təşkilatlan məşğul olur. Etnik diaspora təşkilatları ya özləri birbaşa olaraq bu işlə məşğul olur, ya da ixtisaslaşdırılmış lobbi şirkətləri vasitəsi ilə öz fəaliyyətlərini həyata keçirirlər. Özəl lobbi şirkətləri çox bahalı olduğu üçün adətən etnik biznes təşkilatları bu işi özləri həyata keçirməyə üstünlük verirlər. Lobbilər öz məqsədlərinə çatmaq üçün bir çox üsuldan istifadə edirlər. Bu üsullardan üz-üzə görüşmə, konqresin komitələrinin iclaslarında iştirak etmə, məktub göndərmə, ictimaiyyətlə əlaqələr kampaniyalarının keçirilməsi, lobbilər arası əməkdaşlıq və koalisiyalann qurulması, namizədin seçki kompaniyasına pul yardımı göstərilməsi və.s. daxildir. Üz-üzə görüşmə ən təsirli üsullardan biridir. Bu zaman lobbiçi konqresin üzvü və ya başqa bir bürokratla birbaşa ünsiyyətə keçir, bacardığı qədər təsir etməyə çalışır. Bu üsuldan istifadə edərkən lobbiçinin şəxsi keyfiyyəti çox əhəmiyyətli rol oynayır. Hər hansısa bir seçici qrupunun birbaşa olaraq əlaqədar şəxsə məktub yazması çox təsirli ola bilər. Adətən seçieilərdən asıh olan şəxslər bu məzmunda olan məktublara çox ciddi yanaşırlar. Mümkün qədər məktubda göstərilən tələbi yerinə yetirməyə çahşırlar. Lobbi qrupları bəzi xüsusiyyətlərinə görə bir-birindən güclü və ya zəif ola bilərlər. Təcrübə göstərir ki, maraqlar üst-üstə düşdüyü zaman zəif lobbilər güclü lobbilərin imkanlarından geniş istifadə edir. Erməni lobbisinin bir çox hallarda yunan lobbisinin imkanlarından istifadə etdiyi məlumdur. Lobbiçilik fəaliyyətinin ən təsirli üsullanndan biri də konqresə keçirilən seçkilərdə namizədlərin kompaniyalarmda aktiv iştirak etməkdir. Seçki kompaniyasında maliyyə və insan resursları ilə iştirak edən hər hansısa etnik Iobbi qrupu seçkilərdə qalib gələn konqresmenə fəliyyəti dövründə təsir etmək imkanına sahib olur"

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31