Qırğızıstandakı Azərbaycan diaspor təşkilatından daha bir uğurlu tədbir
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Xocalı soyqırımının 22-ci ildönümünü qeyd edib
20 Fevral 2014 15:42 DiasporaXocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Azərbaycandan kənarda fəaliyyət göstərən diaspora təşkilatları xüsusi fəallıq nümayiş etdirərək soyqırım qurbanlarının xaturəsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edirlər. Belə tədbirlərdən biri Qırğızıstandakı diasporumuz tərəfindən təşkil olunub. Belə ki, bu ölkədə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu ənənəsinə sadiq qalaraq Bişkekdə soyqırım qurbanlarını anıb. Məlumata görə, Bişkek şəhəri meriyasının mədəniyyət idarəsi mərkəzləşdirilmiş kitabxanalar sisteminin bütün kitabxanalarında eyni vaxtda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Məlumat üçün qeyd edək ki, Bişkek kitabxanalar sisteminə 30 kitabxana daxildir. Tədbirdə Bişkekdəki Ali məktəblərin tələbələri, Azərbaycan diasporunun fəalları və kitabxanaların oxucuları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov demişdir:"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə torətdiyi cinayət istər Qarabag müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərinin də oldugu bu alayın coxsaylı agır texnikası şəhərə yeridilmiş, yaşayış evləri və şəhrin sosial infrastrukturu tamamilə dagıdılmış və yandırılmışdır. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetirmişər. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşı uşaq, 70 qocanın həyatına son qoyulmuş, 487 dinc sakin agır yaralanaraq şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. İtkin düşmüş 150 nəfərin taleyi indiyədək məlum deyildir. Həmin kütləvi qırgın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir və girov götürülənlərə amansız isgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur. Heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırgını aglasıgmaz qəddarlıgı və qeyri-insani cəza üsulları ilə əsl vəhşilik, birmənalı olaraq, genosid faktıdır. Beynəlxalq hüquqa gorə, genosid sulh və bəşəriyyət əleyhinə yonələn əməldir və ən agır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Belə əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir.
Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Həmin Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət oldugunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilmiş beynəlxalq, həmçinin dövlət daxili hüquqa əsasən məhz genosiddir və həmin vandalizm aktı insanlıga qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Işgal edilmiş Daglıq Qarabag və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, ASPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən isgal edildiyini və Daglıq Qarabag regionunun separatçi qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 2009-cu il tarixli 1690 saylı tövsiyəsi bir daha sübut edir. Avropa Parlamentinin 23 oktyabr 2013-cu il tarixli Daglıq Qarabagla bağlı qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin və işğal faktını tanımasını təsdiqləyir. Həmin sənəddə ilk dəfə olaraq, Daglıq Qarabag münaqişəsinin BMT Təhlükəsizlik Surasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunmuş və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilmişdir. Təəssuf ki, bununla baglı heç bir tədbir görülməyib, məhz beynəlxalq qətnamələrə əhəmiyyət verməyən Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə hələ də həll olunmayıb. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cu ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Olkə Prezidenti cənab Ilham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasınnn zəruriliyini daim qətiyyətlə vurgulayır. "Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair Tədbirlər planı" təsdiq edilmiş, bu hadisə ilə baglı mətbuat konfranslarının, anım mərasimlərinin keçirilməsi, xarici KIV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması, təhsil ocaqlarında xususi dərslərin təşkili nəzərdə tutulmuşdur. ABS-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə baglı qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda torədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Daglıq Qarabag regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi oldugu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massacusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi statlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırgın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. Artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan Islam Respublikası, Bosniya və Herseqovina, Rumıniya, Cexiya və Iordaniyanın parlamentləri də Xocalı soyqırımını tanımışlar.
Daha sonra çıxış edən Bişkek şəhəri meriyasının mədəniyyət idarəsi mərkəzləşdirilmiş kitabxanalar sisteminin direktoru Gülsayra Dandıbayeva, Rusiyadan gəlmiş polkovnik Baloğlan Səfərov, Rusiyadan gəlmiş böyük iş adamı Aleksandr Sobolev və Osman Səfərov, Bişkekdə çalışan iş adamı Cavanşir Hüseynli və Süleyman Bayramov tədbir iştirakçılarina Xocalı soyqırımı haqda geniş məlumat vermişlər. Daha sonra Vahid Mustafayevin çəkdiyi qırğız dilinə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunub dublyaj edilmiş "Xoca" filminin Bişkek Kitabxanalar sisteminə daxıl olan 30 kitabxanada eyni vaxtda təqdimatı olmuşdur. "Xoca" filmini tədbir iştirakçıları gözyaşları ilə izləmişlər. Filmin sonunda Rusiyadan gəlmiş polkovnik Baloğlan Səfərov tədir iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
Onu da qeyd edək ki, hazırda "Xoca" filminin qırğız dili variantının Qırğızıstanın telekanallarında göstərilməsi üçün Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbərliyi telekanalların rəhbərlikləri ilə danışıqlar aparır. Qeyd edək ki "Xoca" filmi Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə çəkilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir