Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi HEYDƏR ƏLİYEVİN adı ilə bağlıdır

Əvvəli ötən sayımızda

Qeyd edim ki, Böyük Azərbaycanlı, Azərbaycancılıq ideoloğiyasının ən yaxşı təbliğatcısı Heydər Əliyev azərbaycanlıların, bütün soydaşlarımızın vahid xalq kimi monolitliyinin möhkəmləndirilməsi, milli  diasporumuzun formalaşdırılması baxımından ana dilinin də roluna xüsusi  diqqət  verirdi. Bütün cıxışlarıda, ğörüşlərində söyləyirdi ki,   milli, suveren dövlət quruculuğunun mühüm  ftributlarından biri məhz   ədəbi,  ana dili zəminində xüsusi rəsmi dil

üslubunun formalaşması sistemidir . Azərbaycan Respublikasının Prezidenti  - Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyinə nail olduqdan sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə əlverişli şərait yaranmışdı. Belə böyük və məsuliyyətli vəzifəni az qala, təkbaşına həyata keçirən Heydər Əliyevə qarşı çıxanlar, min bir əziyyətlə yaratdığı dövlətçiliyimizə zərbə vurmaq istəyənlər də az deyildi. Lakin bu maneələri inamla dəf edən Azərbaycan Respublikasının Prezidenti  - Ümummilli Lider Heydər Əliyev  "Azərbaycan əlifbası və 

Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına  bu bayram da əlavə olundu.  O vaxtı imzalanmış həmin tarixi fərmana əsasən, hər il avqust ayının 1-i günü ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş miqyasda qeyd olunur. Məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi.  Ulu   Öndər Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti, dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, ana dilini sevmək, yüksək qürur hissləri ilə bağlı deyildi. Bu, eyni zamanda, onun öz ana dilini dərindən bilmək, həmin dilin bütün sirlərinə, gözəlliklərinə  müvəffəq olmaq, onlardan məharətlə, yerli yerində istifadə edə bilmək qabiliyyətindən irəli gəlirdi .  Böyük Azərbaycanlı   xaricdə yaşayan həmvətənlərimizlə görüşlərində onlara  birinci növbədə, məhz milli dili -  azərbaycan dilini unutmamağı  tapşırırdı. 22 iyun 2000-ci ildə Moskvaya rəsmi səfər i zamanı lıların Ümumrusiya Azərbaycan  Konqresinin  təsis yığıncağında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan diasporu qarşısındakı çıxışında qarşıda duran vəzifələrdən danışarkən demişdir:"...

Yəqin ki, sizi Ermənistanla Azərbaycan arasında münaqişə problemi də ınaraqlandırır. Siz bilirsiniz, bu münaqişə 1997-ci ilin axırlarında - 1988-ci ilin əvvəllərində başlanmışdır. Obyektiv və subyektiv səbəblərə görə indi biz belə bir vəziyyətdəyik. Lakin 1994-cü ilin mayın-da, altı ildən bir qədər əvvəl mən qərar qəbul etdim və Ermənistanla biz sülh danışıqları aparılması üçün atəşkəs haqqında razılığa gəldik. Çünki hərbi əməliyyatlar aparmaqla, müharibə etməklə yanaşı, eyni zamanda məsələnin nizama salınması yollarını axtarıb tapmaq çox çətin idi.

Biz bu işlə o vaxtdan bəri məşğul oluruq. Doğrudur, çətindir, çox çətindir. Nəyə görə? Təkrar edirəm,  müxtəlif səbəblərə görə. indi mən təfərrüata var-maq istəmirəm, burada bizim də təqsirimiz çoxdur. Ancaq bununla bərabər, Azərbaycana nisbətən Ermənistana daha böyük yardım göstərən bəzi ölkələr, o cümlədən də onda Sovetlər İttifaqının rəhbərliyindəki bəzi qüvvələr də birtərəfli mövqe tuturdular, məhz Sovetlər İttifaqının rəhbərliyi Azərbaycan barəsində qeyri-obyektiv, ədalətsiz mövqe tutmuşdu. Buna görə də elə oldu ki, ərazimizin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır, bir milyon-dan çox azərbaycanlı öz yaşayış yerlərindən didərgin salınmışdır, ağır şərait-də, əksəriyyəti də çadırlarda yaşayır.

Sülh danışıqları apardığımız bu illər ərzində, xüsusən də Azərbaycan Prezidenti ilə Ermənistan

Prezidenti aramda bir neçə bilavasitə görüşün keçirildiyi axırıncı, İ999-cu ildə biz çox şeyləri sınaqdan çıxardıq. Biz haradasa mövqelərimizi yaxınlaşdırmağa başladıq. Amma hansı əsasda? Əlbəttə, məsələ Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həll olunmur. Ermənistanın fikrincə, onun işğal etdiyi ərazi - "Dağlıq Qarabağ onlara məxsusdur və bu, əzəli erməni torpağıdır", halbuki bu, həqiqətə qətiyyən uyğun deyil, uydurmadır. Amma onlar nəinki Dağlıq Qarabağın ərazisini, həm də Dağlıq Qarabağ ətrafındakı 7 rayonu - yalnız azərbaycanlıların yaşadıqları rayonları işğal etmişlər.

Münaqişə başlanmazdan əvvəl Dağlıq Qarabağda əhalinin nisbəti belə idi - 30 faiz azərbaycanlılar, 70 faiz ermənilər, qalan bütün rayonların əhalisi isə yüz faiz azərbaycanlılardan ibarət idi. Yeri gəlmişkən, Ağdam rayonunda bütün Qarabağda olduğu qədər əhali yaşayırdı. Bir diqqət yetirin, bu qədər qan tökülməsinə və belə ağır vəziyyətə gətirib çıxaran, hazırda dünyada ən mürəkkəb, çətin münaqişələrdən biri sayılan bu münaqişə nəyə görə yaranmışdır.

Əlbəttə, Ermənistan öz inadında, öz qeyri-konstruktivliyində müxtəlif ölkələrdəki bəzi tərəfdarlarına, müxtəlif ölkələrin dövlət qurumlarında sözü keçən diaspora da arxalanır. Ona görə də bu, çox çətindir, başa düşün, son dərəcə çətindir. Əgər bu, kimlərəsə adi görünürsə, onlar yanılırlar. Bəzən deyirlər ki, Əliyev nə üçün bu məsələni indiyədək həll etmir və ərazilərimizi azad etmir və s.

Mən demişəm və sizə də deyirəm ki, bu məsələnin həlli ilə gecə də, gündüz də məşğulam. Vaxtımın xeyli hissəsi bir çox çətinlikləri olan dövlətimizin digər məsələləri, problemləri ilə yanaşı, buna həsr edilir. Lakin bununla belə, istəmirəm ki, siz bədbinliyə qapılasınız. Hesab edirəm ki, biz bu məsələnin həlli yolunu tapacağıq. Amma burada qarşılıqlı kompromislərsiz keçinmək olmaz. Hər iki tərəfdən kompromislər olmalıdır.

Biz Ermənistan Prezidenti ilə təxminən bu barədə danışdıq. Srağagün biz Ermənistan Prezidenti və Azərbaycan Prezidenti burada görüşdük. Sonra üç prezidentin - Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü keçirildi. Bundan sonra dörd prezidentin - Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin görüşü oldu. Biz ilk iki görüşdə Ermənistanla Azərbaycan arasında münaqişənin həlli məsələlərini müzakirə etdik,

üçüncü halda, dörd prezident görüşdükdə isə Zaqafqaziyada, Cənubi Qafqazda əməkdaşlığın mümkünlüyü məsələlərini müzakirə etdik. Elə bu gün Prezident Vladimir Vladimiroviç Putinlə də uzun sürən görüşüm zamanı söhbətimizin xeyli hissəsi məhz bu məsələyə, bu mövzuya həsr olundu. Ümidvaram ki, Vladimir Vladimiroviç Putin bu məsələ ilə indən belə daha fəal məşğul olacaq, buna daha böyük diqqət yetirəcəkdir. Mən bunu hər halda bu gün hiss etdim.

İndi mən sizə heç bir vəd vermirəm. Amma hər halda bu, bizim ağrımız, əzab-əziyyətimiz,

müsibətimizdir. Keçmişdə Sovetlər İttifaqına daxil olmuş və müstəqilliyə qovuşmuş respublikalardan heç biri Azərbaycan kimi belə vəziyyətə düşməmişdir. Ermənistan da münaqişədədir, amma Ermənistanın bir qarış da ərazisi işğal olunmayıbdır. Gileylənir ki, bilirsinizmi, Azərbaycandan olan qaçqınların müəyyən bir hissəsi Ermənistandadır. Əvvəla, bu ermənilər olduqca azdır. İkincisi isə, onların əksəriyyəti Ermənistandan getmişdir.

Yeri gəlmişkən, Ermənistandan olduqca çoxlu adam köçüb gedir, onlar Rusiyada, Qərb ölkələrində, Amerikada məskən salırlar.Bizim azərbaycanlılar isə, məsələn, Ağdam rayonundan, Füzuli rayonundan, Cəbrayıl rayonundan, Zəngilan rayonun-dan, Qubadlı rayonundan, Laçın rayonundan, Kəlbəcər rayonundan olan azərbaycanlılar Rusiyaya getməyəcək, Amerikaya getməyəcək, Fransaya getməyəcək, heç yana getməyəcəklər. Xalqımızın

psixologiyası belədir. Onların hər biri öz kəndinə, Öz doğma torpağına, öz əcdadlarının məzarları yanına qayıtmaq istəyir. Mən də bu cür mövqe tuturam. Biz buna nail olmalıyıq və nail olacağıq!

Nəhayət, demək istəyirəm ki, hesab edirəm, bundan sonra sizin üçün, - nəinki sizin üçün, eləcə də Rusiyada yaşayanların hamısı üçün, - daha yaxşı və daha asan olacaqdır. Çünki Rusiya Federasiyasının rəhbərliyində böyük dəyişikliklər baş vermişdir, yeni prezident seçilmişdir. Deməliyəm ki, Vladimir Vladimiroviç Putin çox layiqli insandır. GÖrdüyünüz kimi, qısa müddətdə Rusiya üçün daxili həyatda da, xarici siyasətdə də çox işlər görmüşdür. Onun planları, niyyətləri, başlıcası isə fəallığı - həm siyasi fəallığı, həm də dövlət fəallığı, səmimiliyİ belə söyləməyə əsas verir ki, Rusiya da son illər düşdüyü bu ağır vəziyyətdən çıxacaqdır. Rusiya demokratik ölkə kimi inkişaf edəcəkdir. Əgər Rusiya inkişaf edərsə, deməli, sizin hər birinizin həyatında da, fəaliyyətində də uğurlar olacaqdır. Deməli, Rusiya ilə Azərbaycan arasında

münasibətlərimiz daha yaxşı olacaqdır. Bir sözlə, bu, nəinki bu gün, həm də son vaxtlar - VladimirVladimiroviç Putinin seçilməsindən əvvəl də və xüsusən o, prezident seçildikdən sonra da çıxardığım nəticədir. Yeri gəlmişkən, o bilir ki, Rusiyada yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ona səs vermişdir. Buna görə mən sizə minnətdaram. Mən artıq dedim ki, azərbaycanlılar Rusiyada müxtəlif sahələrdə işləyir və müxtəlif yerlərdə yaşayırlar.

Əlbəttə, bizim üçün elmdə işləyən də, təhsildə, mədəniyyətdə, səhiyyədə, humanitar sahələrdə çalışanlar da, kommersiya, ticarət sahəsində çalışanlar da vacibdir. İndi Azərbaycan da, Rusiya da demokratiya, bazar iqtisadiyyatı yolu ilə gedirlər. Odur ki, bazar iqtisadiyyatı ölkələrimizin inkişafının əsasını təşkil edir. Biz Azərbaycanda bazar iqtisadiyyatının inkişafını təmin edən çoxlu iqtisadi islahatlar həyata keçiririk.

Ardı var 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31