Cümhuriyyət dövrünün diaspor nümayəndələri

Bu günlərdə Azərbaycan xalqı tarixi şəxsiyyət, Azərbaycan Xalq Cümhurriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyini qeyd edir. Bütün həyatı və varlığını Azərbaycanın müstəqil olmasına sərf edən Məmməd Əmin Rəsulzadə 1918-ci il, may ayının 28-də Azərbaycan Demokratik Respublikasının qurulmasına nail olur. Qısa, lakin şərəfli bir ömür yolu keçən ADR o dövrdə bir çox sahələrdə nailiyyətlərə imza atdı. Demokratik Respublika zamanında Azərbaycanın xarici ölkələrdə nümayəndəliklərinin yaradılması və soydaşlarımızın Avropa ölkələrinə üz tutması istər-istəməz o dövrdə diasporumuzun formalaşmasına da öz təsirini göstərirdi. Təsadüfi deyil ki, başda Məmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan Xalq Cümhurriyyətinin bir çox simaları diasporumuzun görkəmli nümayəndələri kimi tanınır. Onların həyat yoluna nəzər yetirdikdə də bunu aydın görmək mümkündür.

Məmməd Əmin Rəsulzadə-1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olub. O, ev tərbiyəsi görüb, heç bir xüsusi təhsil almayıb. Ancaq bir naçə il texniki (sənət) məktəbdə oxuyub.  Məmməd Əmin Rəsulzadə əmək fəaliyyətinə "Kaspi" qəzetində mürəttib kimi başlayıb və burada həyat məktəbi keçib. İlk yazısı 1903-cü ildə Tiflisdə Məmməd ağa Şaxtaxtinskinin nəşr etdirdiyi "Şərqi-Rus" qəzetində işıq üzü görüb.  M.Ə.Rəsulzadə 1908-1910-cu illər arasında hümmətçi olaraq İran inqilabında fəal iştirak edib. 1908-ci ildə İran tarixində ilk dəfə nəşr olunan "İrani new" ("Yeni İran") adlı gündəlik qəzet buraxılıb. Qəzetin baş redaktorluğunu da bir müddət öz üzərinə götürüb.1911-ci ildə rus səfirliyinin tələbi ilə M.Ə.Rəsulzadə İran sərhədləri kənarına çıxarılıb və buna görə də İstanbula gəlmək məcburiyyətində qalıb. O zaman İstanbulda Şeyx Cəmaləddin Əfqaninin yazılarının təsiri altında qalan və türkçülük hərəkatına qoşulan M.Ə.Rəsulzadə 1911-ci ilin 18 avqustundan nəşr olunmağa başlayan "Türk yurdu" jurnalına yazılar yazıb. Həmin illərdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Yusif  Akçüralı da İstanbulda idilər.1913-cü ildə rus çarları - Romanovlar sülaləsinin 300 illiyi münasibətilə elan edilən siyasi amnistiyadan istifadə edən M.Ə.Rəsulzadə Bakıya qayıdır. Məsləkdaşlarının yaratdıqları Müsavat Partiyasına daxil olur və prtiynın rəhbərliyini əlinə almağa çalışır. İstanbuldan gətirdiyi türkçülük fikrini partiyanın ideologiyası olaraq qəbul etdirən Məmməd Əmin bu ideologiyanı 1915-ci ildə nəşr etdirdiyi "Açıq Söz" qəzetində irəli sürür. O, 1931-ci ilə qədər İstanbulda yaşayıb, sonra Polşaya köçüb. 1947-ci ilin sentyabrına qədər müxtəlif Avropa ölkələrində yaşayan Rəsulzadə həmin il yenidən Türkiyəyə dönüb və ömrünün axırına qədər Ankarada yaşayıb. M.Ə.Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada vəfat edib.

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olub. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhmədbəy Ağayev tərəfindən qoyulan "Difai",1917-ci ildən isə Nəsibbəy Yusifbəyli  tərəfindən təsis edilən "Türk Ədəmi-Mərkəziyyət" Partiyasının üzvü olub. 1920-ci il, aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan Nağı bəy Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr etdirib. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə "Böyük xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyev", 1963-cü ildə "Dərdləşmə" və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirələri" adlı kitabları çapdan çıxıb. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə ABŞ da vəfat edib.

Əlimərdan bəy Topçubaşov- Əlimərdanbəy  Topçubaşov 1862-ci il mayın 4-də Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. O, orta təhsilini birinci Tiflis gimnaziyasında alıb. Gimnaziyanı başa vurduqdan sonra ali təhsil almaq arzusu ilə Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olub və oranı 1888-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Bakıya gəlib.   Onun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi altında 1905-ci il avqustun 15-də Nijni Novqorodda gizli şəkildə Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirilib. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən 150 nəfərə qədər nümayəndə iştirak edib. 1906-cı il yanvarın 13-dən 23-nə qədər Peterburqda gizli olaraq çağrılmış İkinci Ümumrusiya müsəlman qurultayı Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış "İttifaq"ın 23 maddədən ibarət yeni nizamnaməsini qəbul edir. Həmin ildə Ə.Topçubaşov aprelin 27-də Peterburqda açılan birinci Dövlət Dumasını Bakı quberniyasından üzv seçilir. O, Dumada müsəlman parlament fraksiyasının lideri və bürosunun sədri idi. Xalq Azadlığı Partiyasının sol cinahına mənsub idi.   Əlimərdan bəy Topçubaşov bir vəkil kimi təkcə Azərbaycanda yox, bütün Rusiyada  məşhur idi. O, hansı məhkəmədə bir vəkil kimi çıxış edirdisə, mütləq o məhkəmə prosesionun qələbəsi ilə qurtarırdı. Ə.Topçubaşov Peterburq məhkəmələrində vəkil kimi çıxış edib öz həmvətənlərinin dəfələrlə ąządlığa buraxdırılmasına nail olub. 1918-ci ilin 28 mayında  Aərbaycan Demokratik Respublikası elan olundu. Çoxpartiyalı burjua-demokratik üsuli-idarəsinin hakimiyyət başına gəlməsinə baxmayaraq sinfi ziddiyyətlər hələ də qalmaqda idi. Əlimərdan bəy Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya məxsus olmayan, bitərəf  Fətəlixan  Xoyskinin baş nazir olduğu kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olundu və elə həmin ay Gəncədən Türkiyəyə göndərildi. 1918-ci ilin noyabr ayında İstanbulda Ə.Topçubaşovun "Azərbaycanın təşəkkülü"adlı kitabı çapdan çıxır. Ə.Topçubaşov Amerika, İngiltərə, Türkiyə, İran və başqa dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar  aparırdı. O, birbaşa  Amerika prezidenti V.Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş edir. Ancaq Türkiyə və Azərbaycandan torpaq iddiasında  olan Ermənistan nümayəndələri və rus şovinistləri bu təşəbbüsləri pozmağa çalışırlar. Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin San-Kloyd rayonunda vəfat edir və orada dəfn olunur.

Rüstəmxan Xoyski-Azərbaycan Xalq Cümhuriyyətinın elan olunduğu ilk gündən dövlət qanunlarının yazılmasında yaxından iştirak edən, bir sıra məsul vəzifələr (nazir, nazir müavini və s.) daşıyan Rüstəmxan Xoyski 1888-ci ildə Şəkidə anadan olub. Onun atası rus ordusunun genaral leytanantı idi.  O, öz dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəlixan Xoyskinin kiçik qardaşıdır. Onların əsli-nəsli Cənubi Azərbaycandan, Xoy şəhərindəndir. Rüstəmxanın böyük qardaşı Hüseynqulu Ağanın oğlu Zahidxan Xoylunun 1989-cu il avqustun 18-də Nyu-Yorkdan yazdığı məktubdan məlum olur ki, Xoyskilərin nəslinin adı Dünbüllü Batman Qılıncdır. 1917-ci ildə Rusiyada burjua inqilabı baş verərkən R.Xoyski siyasi hadisələrə qoşulur. Azərbaycan Demokratik Respublikasının dövründə Rüstəmxan Xoyski hökumətinin dəftərxana müdiri təyin olunur.1918-ci ildə dekabrın 22-də F.Xoyskinin üçüncü hökumət Kabinetində R.Xoyski sosial-təminat naziri təyin edilir. Rüstəmxan Xoyski 1948-ci ildə Moskvada vəfat edir və sonralar dövlət tərəfindən Fəxri Xiyabana çevrilən Novodeviçye qəbristanlığında  dəfn edilir.

Nəsib bəyYusifbəyli- 1902-ci ildə Novorossiysk (Odessa) Universtitetinin huquq fakuitəsinə daxil olur. Amma universiteti bitirə bilmir. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra, Nəsib bəy Baxçasaray (Krım) şəhərinə gedir və burada İsmail Gaspıralının "Tərcümən" qəzetində əməkdaşlıq etməyə başlayır. 1908-ci ildə İstanbula köçərək publisistik fəaliyyətlə məşğul olmaqla bərabər "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olur. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışır. 1911-ci ildə Nəsib bəy Yusifbəyli doğulduğu Gəncəyə qayıdaraq "Molla Nəsrəddin" jurnalı və başqa qəzetləщrə məqalələr göndərir, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətlərində yaxından iştirak edirdi. Azərbaycan Xalq Cumhuriyyətini quranlardan biri və hökumətinin bütün kabihetlərində təmsil olunmuş Nəsib bəy, 4-cü və 5-ci isə hökumətlərə rəhbərlik edir. Aprel işğalından sonra Yusifbəyli təqiblərdən yaxa qurtarmaq üçün Bakını tərk edir, lakin 31 may 1920-ci ildə yolda faciəli surətdə qətlə yetirilir.

Fətəli Xan Xoyski- 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olub. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutur. Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31