Müasir dövrdə diaspor quruculuğu: Mövcud imkanlar və perspektivlər

Bu gün dünyada "qloballaşma" adlanan mürəkkəb bir tarixi proses gedir.. Onun  doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyildir, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Sevindirici hal ondan ibarətdir ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır. Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının  təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir. Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülüb və uğurlu nəticələr qazanılıb. Hazırda rəsmi mənbələrə əsaslansaq dünyanın 70-dən artıq ölkəsində 200-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu say isə ildən ilə artmaqdadır. Buraya biz üzvlərinin sayı az olan xırda təşkilatları da aid etsək, dünyaya səpələnən soydaşlarımızın kifayət qədər təşkilati struktura malik olduğunu qeyd edə bilərik. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının yaranması tarixinin hələ ötən əsrin əvvələrinə təsadüf etməsinə baxmayaraq müasir mərhələdə bu istiqamətdə canlanma 1988-ci ildən etibarən başlandı. Belə təşkilatlanma prosesi 1993-cü ilə qədər davam etdi. Həmin dövrdə bu işdə Avropa ölkələrində yaşayan soydaşlarımız fəallıq nümayiş etdirirdilər. Bir-birinin ardınca Avropa ölkələrində yaranan təşkilatlar üç mərhələli sistem üzərində fəaliyyət göstərirdilər. Burada diqqəti çəkən əsas məqam yaranan  bəzi təşkilatların adlarında fərq olmasına baxmayaraq, onların bir şəxs tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların yaranması isə eyni sxem üzrə bir neçə təşkilatın fəaliyyət göstərməsinə gətirib çıxarırdı. Bü cür təşkilatlar "ailə təşkilatları" adı almaqla, onların kimin mövqeyindən çıxış etməsi və tələblərinin nə olması barədə ortaq fikrə gəlməsinə əngəlliklər törədirdi. İlk olaraq Avropada bu illərdə ardıcıl yaranan təşkilatların apardıqları işlər sırf mədəni xarekterli idi. Bu təşkilatların bir çoxu cənublu soydaşlarımız tərəfindən təsis olunduğundan onların fəaliyyətində sol meyilli İran müxalifətçilik mövqeyi daha aşkar görünürdü. Mədəni təşkilatlar kimi yarandıqlarını bəyan edən belə təşkilatlar Cənubi Azərbaycanı özlərinə "Kəbə" edərək molla rejiminə müxaliflik nümayiş etdirirdilər.  Ekspert Zaur Əliyev deyir ki, Avrpopada bu illər ərzində yaranan təşklatların bir hissəsi sırf siyasi məqsədlər naminə təsis edilmiş və onlar içərisində Azərbaycanın hər iki tərəfinin azadlığına çalışan milli qüvvələrlə yanaşı, İran və sovet təsiri altında formalaşan satqınlar, irançı, ruspərəst, fars-rus şovinizminə xidmət edən qüvvələr  fəallıq göstərirdilər. Milli qüvvələrin üzvlərinə qarşı mübarizə aparmaq məqsədilə yaranan belə təşkilatlar müstəqillik çıxışları səslənən tədbirlərdə qalmaqal salmaqla,  təşkil etdikləri mədəni tədbirlədə üstünlüyü yalnız müsiqi və ədəbiyyata verirdilər. Bəzi təşkilatlar isə iqtisadi maraqlar naminə təsis edilirdi. Belə təşkilatlar digərləri kimi konsert proqramları təşkil etməklə yanaşı, İrana və  "yenidənqurma" dövrü yaşayan Azərbaycana gediş-gəliş işlərini əllərində cəmləməyə çalışırdılar. Gəlirli sahə olduğundan bu təşkilatlara rəqib çıxan başqa təşkilatlar da bu istiqamətdə işlər aparmaq qərarına gəldikdə Avropada təşkilatlanma prosesində ziddiyətlər yarandı və təşkilatların özləri bir neçə yerə parçalanmalı oldu. Beləliklə, kiçik təşkilatların federasiyalar və konqreslər şəkilində birləşdirilməsi zərürəti meydana çıxdı. İlk olaraq bu addımı Birləşmiş Ştatlarda məskunlaşmış soydaşlarımız atdılar və Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı qurumun təsis olunması prosesinə başladılar. Adından göründüyü kimi, ətrafında dünyanın müxtəlif bölgələrində məskunlaşan azərbaycanlıları birləşdirən bu qurumun 1997-ci ilin iyun ayının 27-29-u ABŞ-da keçirilən ilk toplantı zamanı yaradılması diasporumuzun formalaşması istiqamətində mühüm tarixi addım hesab olunur. I Konqres dünya azərbaycanlılarının yaratdıqları təşkilatların vahid mərkəzdən idarə  olunmasında əhəmiyyətli qurum kimi gözlənilirdi. Konqresdə Şimali və Cənubi Azərbaycanın problemlərinin bərabər səviyyədə götürülməsi nəzərdə tutulurdu. Lakin vətəndaşlıq mənsubiyyəti məsələsində olan neqativ hallar Cənubdan və Şimaldan olan azərbaycanlılar arasında anlaşılmazlıqları üzə çıxardı. 

Dünya Azərbaycanlıları Konqresindən başqa onun özünün də daxil olduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (DAƏŞ) diaspor təşkilatlarını ətrafında birləşdirən II böyük qurum sayılır. Bu qurum 2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlarının I Qurultayı zamanı yaradılıb. 102 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının 23 nəfərlik İdarə Heyətində  xaricdə yaşayan soydaşlarımızla birgə yerli dövlət qurumlarında çalışan vətəndaşlarımız da təmsil olunur. Qurumun səlahiyyətlərinə müəyyən sahədə diasporumuzla intensiv əlaqə yaratmaq da daxildir. Azərbaycan diaspor təşkilatlarını ətrafında birləşdirən III böyük qurum 2004-cü ilin aprel aynın 17-də Almaniyanın Berlin şəhərində təsis olunan Avropa Azərbaycanlıları Konqresidir (AAK). Təşkilatın yaranma zərurəti Avropada pərakəndə halında olan, Dünya Azərbaycanlıları Konqresi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası kimi qurumlarda təmsil olunan və olunmayan Azərbaycan təşkilatlarını birləşdirməkdən irəli gəlir. Diasporla İş üzrə  Dövlət Komitəsinin  təşəbbüsü ilə yaradılan Avropa Azərbaycanlıları K-onqresinin Əsanaməsinə daxil olan məqsəd və vəzifələr Avropada yaşayan azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, onların sosial-siyasi və hüquqi maraqlarını təmin etmək, bu qitədə çoxtirajlı dövrü mətbuat və elektron kütləvi informasiya vasitələrində təbliğat işinin aparılması, müxtəlif mövzulara aid konrfans, seminar, diskussiya, mətbuat üçün brifinqlər, musiqili tədbirlər, sərgilər və başqa istiqamətli tədbirlər həyata keçirmək; Azərbaycan və türk dünyası ilə bağlı elmi işlər və kitabların dəstəklənməsi; lobbiçilik və s.dir. Sayına və fəaliyyətinə görə Azərbaycan diasporunun güclü olduğu dövlətlərdən biri Rusiya Federasiyasıdır. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında var. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiya Azərbaycanlılarının Federal Milli Mədəniyyət Avtonomiyası FNKA-Azerros ətrafında Azərbaycan cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində filialları var. Dünya azərbaycanlılarının ilk təşkilatlarından biri sayılan Amerika-Azərbaycan Cəmiyyəti (AAC) 1958-ci ildə Nyu-Cersi şəhərində təsis olunub. Təşkilatın əsasını 1942-ci ildə Türkiyədən Birləşmiş Ştatlara köçən soydaşlarımız tərəfindən qoyulmasına baxmayaraq, təşkilatın struktur kimi 1958-ci ildən fəaliyyətini genişləndirən AAC-ın əsas üzvləri Azərbaycan Demokratik Respublikasının banilərinin nəvə və nəticələridir. Bu ölkədə qeydiyyatdan keçən təşkilatların sayı 20-30 arası olmasına baxmayaraq fəallıq nümayiş etdirən Amerika-Azərbaycan Cəmiyyəti və "Bakinetz"  Mədəniyyət Mərkəzidir. Nyu-York şəhəri Bruklin hissəsində yerləşən mərkəz aktiv fəaliyyət göstərən Azərbaycan təşkilatlarından biridir. Bu iki təşkilatın fəallığı sayəsində Amerikada lobbiçilik mexnazmini diaspor nümayəndələrindən təşkil edilməsi mümkün olub və ictimai fikirdə qismən Azərbaycan münasibət müsbət yöndə dəyişib.

Təşkilatı strukturuna görə diasporumuzun əvvələr fəal olduğu ölkələr içərisində Türkiyənin özünəməxsus yeri var. Qeyd edək ki,  diaspor təşkilatlarının həmrəyliyinə nail olmaq cəhdi ilk dəfə olaraq  burada atılıb. 1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlılar Konqresi, 1990-cı ildə Türk dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə I millətlərarası Böyük Azərbaycan Konqresi və 1990-cı il noyabrın 30-dən 6-dək İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin Birinci Qurultayı bu istiqamətdə  keçirilən tədbirlərdəndir.
Azərbaycan diasporunun təşkilatı strukturunun güclü olduğu dövlətlər içərsində Ukraynanı xüsusi olaraq qeyd etmək olar. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatları ətrafında birləşdirən Ukrayna Azərbaycanlıları Konqresidir ( UAK) .1999-cu ilin 21 martında təsis edilən UAK-ın yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük olub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31