Diaspora quruculuğu:uğurlar, problemlər
Əli Zülfüqaroğlu: “Dərbənddə hamı rusca danışır. Bu artıq təhlükəli tendensiyadır”
26 Dekabr 2013 14:36 DiasporaMübariz Göyüşlü: "Azərbaycan diasporunun erməni diasporunu üstələməsi çox böyük bir nəticədir"
Yola saldığımız 2013-cü il Azərbaycan diasporunun bir sıra uğurları ilə yadda qaldı. Diapora quruculuğunda daha hansı addımlar atılmalıdır və qarşıda hansı vəzifələr var? Suallarımızı "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü və diaspor sahəsi üzrə araşdırmaçı jurnalist Əli Zülfüqaroğlu cavablandırır Mübariz Göyüşlü hesab edir ki, diaspora quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, amma görüləsi işlər çoxdur: "Düzdür, bu il sözügedən sahə ilə nəzərdə tutduqlarımıza tam şəkildə nail olduğumuza o qədər də inanmıram. Amma istənilən halda çalışmalar, təşkilatlanma üçün göstərilən cəhdlər nəticəsiz qalmadı. Bunu müxtəlif ölkələrdə Azərbaycanla bağlı, bizim problemlərimizlə əlaqədar qəbul edilən qərarlarda görmək mümkündür. Lakin daha mühüm olanı Azərbaycan diasporunun müdafiə taktikasından hücum taktikasına keçməsidir". Təşkilat sədri hesab edir ki, Azərbaycan diasporunun erməni diasporunu üstələməsi çox böyük bir nəticədir: "Çünki biz diaspor işi ilə cəmi bir neçə ildir ki aktiv şəkildə məşğul oluruq, onlar isə artıq uzun müddətdir ki, bu işi peşəkarcasına həyata keçirirlər. Təsadüfi deyil ki, Ermənistan dövlətini ayaqda saxlayan xaricdən, o cümlədən, imkanlı erməni diaspor nümayəndələrindən aldığı yardımlardır. Azərbaycan diasporu isə hələ bu imkanlaı yenicə yiyələnir. Buraya dünyanın aparıcı dövlətlərinin və təşkilatlarının ikili standartlarını da gəlsək vəziyyət tam olaraq bizə aydın olar. Azərbaycan diasporunun güclənməsi Azərbaycan dövlətinin güclənməsi deməkdir". M.Göyüşlünün fikrincə, diasporamızın güclü olması dövlətin xarici siyasətində də uğrulara yol açır: "Azərbaycan dövləti də nə qədər güclü olarsa, Qarabağ probleminin həlli imkanları o qədər sürətlənər. Diasporun Qarabağ problemini olduğu kimi beynəlxalq aləmdə tanıdılmasında böyük rolu vardır. İnformasiya müharibəsinin bu məsələdə nə dərəcə böyük rol oynadığını unutmamalıyıq. Biz informasiya mübarizəsində qalib gələ bilməsək çox böyük çətinliklərlə üzləşməkdə davam edəcəyik. Bu işdə isə diaspora mühüm amildir".
Əli Zülfüqaroğlu hesab edir ki, Azərbaycan diasporası 2103-cü ildə bir sıra uğurlu nəticələrə nail olunub. Bunu təqdir etmək lazımdır: "Xüsusilə Xocalı soyqırımı ilə bağlı qəbul edilən qərarları misal göstərmək olar. Amma bütövlükdə böyük uğurlardan danışmaq tezdir. Hələ bir sıra prblemlər var və onlar öz həllinu tapmalıdır". Araşdırmaçı hesab edir ki, diasporamız güclənərsə, xarici siyasətdə dövlətə yardımçı ola bilər: "Diasporamızın güclənməsi yaxşı haldır. Bütün bunlar erməni təcavüzünün ifşası üçün mühüm əhəmiyyətə malikdir. 21-ci əsrdə diaspor xüsusən, Azərbaycan kimi ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən də onun daha da güclənməsi vacib şərtdir. Lobbiləşməyə ciddi ehtiyac var. Təbii ki, Qarabağ probleminin həlli dövlətin işidir. Bunu dövlət siyasi və ya hərbi yolla həll etməlidir. Diaspor isə dövlətin apardığı siyasətə, o cümlədən Qarabağ məsələsi ilə bağlı atdığı addımlara daha ciddi dəstək verməlidir. Bu səbəbən də Azərbaycan diasporunun erməni lobbisini üstələməsi vacib faktordur. Düşünürəm ki, Azərbaycan diasporu ölkəmiz üçün strateji əhəmiyyət daşıyan ölkələrdə daha da güclənərsə, onun siyasi səhnəsində akltiv rol oynayarsa, həmin dövlətlərdə siyasi proseslərə təsir imkanı qazanarsa, parlamentlərdə, bələdiyyələrdə, müxtəlif dövlət qurumlarında təmsil olunarlarsa, bu zaman dövlətimizn xarici siyasətində uğurların əldə olunmasında öz töhfələrini verə bilərlər. Yoxsa, bunun əksinə olaraq, xaricdə yalnız azərbaycanlıların iştirak edəcəyi tədbirlər keçirəcəyiksə və dövlətdən nəsə qoparmaq barədə canfəşanləq edəcəyiksə onda, heç nəyə nail ola bilməyəcəyik. Təəsssüf ki, bu faktorları sadalamaq məcburiyyətindəyəm".
Bir sıra mətbu orqanlarda Dərbənd azərbaycanlılarının diqqətdən kənarda qalması ilə bağlı yazılanlara gəlincə, Mübariz Göyüşlü bunları deyib: "Dərbənd, Dağıstan Azərbaycan üçün mühüm əhəmiyyəti olan bir ərazidir. Orada azərbaycanlıların xeyli sayda olması Azərbaycan dövləti üçün böyük üstünlükdür. Sadəcə olaraq bu üstünlükdən düzgün və səmərəli istifadə etmək lazımdır. Şəxsən mən bu potensialdan səmərəli istifadə etdiyimizi düşünmürəm. Çünki əgər ordan bizə dostluq əvəzinə separatçılıq meylləri daha tez-tez gəlirsə, demək ki, biz lazımi çalışmalar həyata keçirə bilmirik. Bir də görürsünüz ki, müəyyən qüvvələr himayə etdiyi "Sadval" adlı terror təşkilatı ki, Dağıstanda Azərbaycanın ərazilərini də öz saxta xəritəsinə daxil edərək dövlətçiliyimizi təhlükə altına alır. Halbuki Azərbaycan Respublikasının və azərbaycanlıların geniş imkanları var ki, Dağıstanda, xüsusən də Dərbənddə xeyli sayda işlər görsün". Təşkilat sədri hesab edir ki, Dağıstan xalqları tarixən Azərbaycana meylli olublar, yadellilərə qarşı birgə mübarizə aparıblar: "Unutmayaq ki, bu həmin ərazidir, həmin dağlı xalqlarıdır ki, əsrin əvvəllərində Rusiyanın istilasından qorunmaq üçün Azərbaycan Xalq Cümhuriyytinə konfederativ əsaslarda birləşmək üçün müraciət etmək fikrindəydilər. Sadəcə olaraq bolşeviklərin fəaliyyəti buna imkan vermədi. İndi isə tamam fərqli situasiyanı müşahidə edirik. Dərbənd, Dağıstandan tez-tez Azərbaycana hədə bəyanatları və çağırışları gəlir. Ona görə də biz orda geniş çalışmalar həyata keçirməli, fəaliyyətimizi, tarixən Azərbaycan türklərinin olmuş Dərbənd şəhərində ən azından əvvəlki statusumuza bərpa etməyə çalışmalıyıq". Əli Zülfüqaroğlunun fikrincə, Dərbənd həqiqətən də diqqətdən kənarda qalıb: "Daha çox Qarabağdan, Təbrizdən, müəyyən qədər də Borçalıdan danışırıq. Amma itirilmiş torpaqlarımız arasında bu gün ən problemlisi Dərbənddir. Dərbənd rus mədəniyyətinin və dilinin təhdidiləri ilə üz - üzədir və bu artıq oradakı azərbaycanlıların assimilyasiya olunmasında öz sözünü deyib. Bu gün Dərbənddə hamı rusca danışır. Bu artıq təhlükəli tendensiyadır. Diaspor təşkilatlarının bu yöndə fəaliyyəti qənaətbəxş deyilr. Rusiya Dərbənddə mədəni tədbirlərin keçirilməsini qadağan etmir. Bizə də orada mədəni tədbirlərin tez tez keçirmək lazımdır".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir