Diaspor nümayəndələri Heydər Əliyevi necə xatırlayır
11 Dekabr 2013 17:30 DiasporaAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir. Bu günlər ərəfəsində dünyanın istənilən diyarında yaşayan soydaşımız Heydər Əliyevi anır, onun əziz xatirəsini uca tutur. Çünki dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsi, onlar arasında birlik və həmrəyliyin əldə olunmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi ilə əldə edilən bu birlik və həmrəylik hər ötən il daha da möhkəmlənir, genişlənir. Təsadüfi deyil ki, məhz bu xidmətlərə görə, ümummilli lider Heydər Əliyevi bütün dünya azərbaycanlıları özünün lideri hesab edirdi.
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ərəfəsində bir sıra ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları rəhbərləri söhbətləşib ümummillim liderin onların xatirələrində necə qaldığını öyrəndik. Cənubi Azərbaycandan, Marağa şəhərindən olan soydaşımız, hazırda isə Kanadada yaşayan Oğuz Türk ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışarkən bildirib ki, dahi şəxsiyyətlə ilk təması telefon danışığı vasitəsilə olub: "Azərbaycanın keçmiş prezidenti cənab Heyder Əliyevlə ilk olaraq 1993-cü ilin avqust ayında telefonla danışdım . O günlərdə cənab Heydər Əliyev Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri idi. Ancaq bir müddət sonra Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəkdi. Azərbaycanın o zamankı Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi cənab Həsən Həsənov dəvətlimiz əsasında ailəsilə birlikdə Kanadanın Toronto şəhərinə gəlmişdi. Həsən Həsənov mənə cənab Heydər Əliyevə zəng edərək Kanada azərbaycanlıları ilə əlaqədar məlumat vermək təklifini etdi və mənim Heydər Əliyevlə danışmağımı məsləhət gördü. Həsən HəsənovHeydər Əliyevin ofisi ilə əlaqə yaradıb Heydər Əliyevlə danışdı. Sonra məni Heydər Əliyevə təqdim edib telefonun dəstəyini mənə uzatdı. Açığını deyim ki, çox həyəcanlı idim. Həmçinin Azərbaycanın siyasi vəziyyətini bilirdim . Çox gərgin və çətin bir dövrdə , Azərbaycana prezident olacaq biri ilə telefonda danışırdım. Telefonun o biri tərəfində həm xarici işğala, həm də daxili qarşıdurmaya sinə gələn, Azərbaycanda sabitliyi bərpa etmək arzusunda olan bir şəxsiyyət vardı". Oğuz Türk deyir ki, ilk dəfə telefon danışığında olan biri ilə sanki uzun illərin yoldaşı, yaxını kimi söhbət alındı: "Səsi səmimi, güclü və məhəbbətlə idi. Salamlaşandan sonra, məndən Kanadada olan azərbaycanlıların nə vəziyyətdə olduqlarını soruşdu . Mən Kanadada Güney azərbaycanlıların daha çox olduqlarını vurğulayaraq , soydaşlarımızın tək güclü və müstəqil bir Azərbaycan görmək istədiklərini söylədim. Kanada yaşayan azərbaycanlılar olaraq cənab Heydər Əliyevi dəstəklədiyimizi və bu yolunda müvəffəqiyyətli olmasını arzuladım. Cənab Əliyev xaricdə yaşayan azərbaycanlıların hər birinin Azərbaycanın bir nümayəndəsi olması vacibliyini vurğuladı . Sağollaşıb telefonu Həsən Həsənova geri verdim. O, da sağollaşıb danışığı bitirdi". Oğuz Türk deyir ki, ikinci dəfə Heydər Əliyevlə , Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının Türk Evində görüşüb: "Azərbaycanın prezidenti olaraq Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT-nın 49-cu iclasına gəlmişdi . Mən və iki başqa yoldaşımız Kanada azərbaycanlılarını təmsilçisi olaraq çağrılmışdıq . Səhərdən Nyu Yorkda BMT-nın binasında, Türk Evində həyəcanla gozləyirdik. Günortaya yaxın hər kəs binaya yığılmışdı. Cənab Heydər Əliyev, İlham Əliyev və yanındakı dövlət adamları gəldilər. Heydər Əliyev , öz çıxışlarında , Azərbaycanın və regionun gərgin vəziyyəti və erməni işğalı barədə danışdı. Azərbaycanın ərazi bütövlüyünü hər zaman və hər vəchlə qoruyacağını deyən Heydər Əliyev siyasi, iqtisadi , və iqtisadi inkişafın əhəmiyyətini vurğuladı. O zaman Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Hikmət Çətinlə bir yerdə durmuşduq və Heydər Əliyevin çıxışını dinləyirdik . Çıxışdan sonra Heydər Əliye'in bizi qəbul edəcəyinii söylədilər. Görüş otağında , prezident Heyder Əliyev , Cənab İlham əliyev , Amerikadaki Azərbaycan səfiri Hafiz Paşayev və bir neçə dövlət mənsubu vardı. Heydər Əliyev çox səmimi , məhəbbətlə və mehriban halda əl verib görüşdü. Hal-əhval soruşub əyləşdi. Açığını deyim ki, çox həyəcanlı idim və özümü çox şərəfli hiss edirdim . Ümumi olaraq Azərbaycanın siyasi vəziyyəti və xaricdə azərbaycanlıların, xüsusilə Güney Azərbaycanın vəziyyətindən danışdıq . Görüşümüz 15 dəqiqə davam etdi. Heydər Ə liyev və cənab İlham Əliyev bizi Azərbaycanda hər zaman görməyə hazır olduqlarını bildirdilər. Sağollaşıb ayrıldıq". Oğuz Türk deyir ki, ümummilli lider Heydər Əliyevlə görüşü və onunla söhbət etməyi özünə şərəf sayır: "Həyatımı uğruna həsr etdiyim Azərbaycanın prezidenti ilə danışmaq və görüşmək mənə çox həyəcan və fəxrverici bir hadisə idi. Aradan 20 ildən artıq vaxt keçməsinə baxmayaraq yenə də həmin görüşlərdən qürur duyur və həyatımın ən yadda qalan hadisələrindən biri hesab edirəm. İndi 10 ildir ki, o dahi insan aramızda deyil. Ancaq onun tutduğu və göstərdiyi yol açıq şəkildə önümüzdədir. Müstəqil, güclü, müasir, bütün və Böyük Azərbaycan". .
Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi deyir ki, Heydər Əliyev onun xatirində, xarici qüvvələrin Azərbaycani parçalamaqla onun müstəqiliyyinə son qoymaq üçün hazirladiqlari plani alt-üst etməyi ilə yadda qalib: "Heydər Əliyev ilk növbədə Azərbaycanı parcalanmaqdan xilas etdi. Heydər Əliyev eyni zamanda çox güclü siyasətçi idi. Inaniram ki, əgər Heydər Əliyev Ermənistandan azərbaycanlilarin öz dədə-baba torpaqlarından çıxarılması vaxti Azərbaycanda iqtidarda olsaydı, bu gün Azərbaycanın torpaqları işgal altında olmazdı".
|
Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirir ki, 1990-cı il, yanvar hadisələrindən dərhal sonra Bakıya gəlib və Heydər Əliyevin həmin dövrdəki cəsarətini müşahidə edib: " Azərbaycan Xalq Cəbhəsi o zaman hakimiyyətdə deyildi. Azərbaycan sanki yetim kimi idi. Hər yerdə hüzür vardı. Azərbaycan sanki sahibsiz idi. Mən Bakıda dayanmayaraq birbaşa doğulduğum kəndə, Şəkinin Cumakəndinə getdim. Kəndə gələndə insanların gözündə bir qorxu, təlaş gördüm. Hələ onda kəndimizin camaatı Azərbaycanın, xalqımızın xilaskarı kimi Heydər Əliyevi, onun Azərbaycana qayıdışında, görürdülər. Bunu mən öz gözümlə görüb şahidi olmuşam. Bir gecə kəndimizdə qalıb Bakıya qayıtdım. Paytaxtda axtarıb AXC-nin iqamətgahını tapdım. "Azadlıq" qəzetinin, o vaxtkı baş redaktor Nəcəf Nəcəfovla görüşdüm. Nəcəf Nəcəfovun otağında ondan başqa mənim tanımadığım bir neçə adam daha var idi. Qırğızıstandan gələndə özümlə gətirdiyim yardımı etdim və görüş zamanı mənim Qırğızstanda o vaxtkı imkanlarımızdan danışdım. Təmannasız Azərbaycana edə biləcəyim köməkdən xəbər verdim. O zaman real hakimiyyət Azərbaycan Xalq Cəbhəsinin əlində idi. Xaricdə olan bizim kimi vətənpərvərlərin olmasına görə "fəxr etdiklərini" bildirdilər. Sonra Nəcəf Nəcəfovun otağındakıların bir birinə göz elədiklərini gördüm. Mənə koridora çıxmağımı təklif etdilər. Bir müddət sonra koridora çıxaraq uşaqbaşı aldadan sözlərlə məni yola saldılar. Mən o zaman başa düşdüm ki, AXC-dən Azərbaycanın xilaskarı olmaz. Kəndimizdəki camaatın heç bir təsir altında qalmadan Azərbaycanı Heydər Əliyev xilas edəcək sözləri yadıma düşdü. Mənim o vaxtdan yaddaşımda Heydər Əliyev Azərbaycanın xilaskarı kimi qalıb". Nüsrət Məmmədov deyir ki, Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır: "Bu vaxta kimi həyatımı Ulu Öndərimizin təbliğinə, onun irsinin təbliğinə yönəltmişəm. Ulu öndərimizin həyat və fəaliyyəti haqqında 10-dan çöx kitabı öz vəsaitim hesabına tərcümə etdirib, nəşrinə təşkilatçılıq etmişəm. Həmin kitabları pulsuz yaymışam. Üzümü o vaxt hakimiyyətdə olub bu gün müxalifətdə olanlara tutaraq fəxrlə deyirəm. Azərbaycanın xilaskari, qurucusu, banisi Ulu Öndərimiz Heydər Əliyevdir. Mən Heydər Əliyevin mənsub olduğu millətin nümayəndəsi olduğuma görə fəxr edirəm". Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
|