"Maliyyə Nazirliyində işçi qruplar yaradılıb"-Komitə sədri

Maliyyə Nazirliyində büdcə sistemini və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplar yaradılıb. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar icasında bildirib. Komitə sədri qeyd edib ki, işçi qruplar həm də büdcəyə dair parlament müzakirələrinin nəticələrini, Hesablama Palatasının təklif və tövsiyyələrini nəzərdən keçirir:

"2024-cü ilin icra edilən büdcəsi dövlətin mühüm funksiyalarının ahəngdar icrası üçün etibarlı təminat yaradıb. Büdcə prosesi və onun təkmilləşdirilməsi davamlı xarakter daşıyır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31