Ötən il 21 kişiyə mühafizə orderi verilib

Ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla ümumilikdə 359 mühafizə orderi verilib. "Olaylar" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin mayın 30-da keçirilən iclasında müzakirəyə çıxarılan Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı təqdim edərkən deyib.

Komitə sədri bildirib ki, onlardan 338-i qadınlara, 21-i kişilərə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31