Kamran Əliyev Naxçıvanın sabiq prokurorunu yeni vəzifəyə təyin etdi - FOTO
29 Noyabr 2023 11:01 Daxili siyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı baş tutub.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.
Səbuhi Şahverdiyev yeni vəziyəyə təyinatı ilə bağlı faktı Manset.az-a təsdiq edib.
Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31