Bu şəxslərə pulsuz torpaq verilə bilər
27 Noyabr 2023 11:56 Daxili siyasətXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
İşğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir.
Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.
S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur.
Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31