Bir sıra yüksək vəzifəli generallar işdən çıxarıldı - Yeni təyinatlar

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Dövlət Gömrük Komitəsinin (DGK) Aparatında bir sıra struktur dəyişiklikləri aparılıb.

Olaylar.az xəbər verir ki, dəyişikliklər Komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə baş tutub. 

Bəzi idarələrə yeni rəislər təyin edilib, bəzi idarə və şöbələrin yerində isə yeni qurumlar yaradılıb. 

Aparılan struktur dəyişiklikləri ilə əlaqədar xeyli sayda yüksək rütbəli vəzifəli şəxs təqaüdə göndərilib.

Qeyd edək ki, Gömrük komitəsində bəzi baş idarə və idarə rəisləri general rütbəsi daşıyır. (Qaynarinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31