Bu nazir işdən çıxarıldı
11 Oktyabr 2023 16:14 Daxili siyasətNaxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan MR ədliyyə naziri vəzifəsindən azad olunub.
Anar İbrahimovun digər sərəncamına əsasən, Hüseyn Akif oğlu Səfərov Naxçıvan ədliyyə nazirinin müavini təyin edilib. Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Hüseyn Səfərova həvalə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31