DGK barədə yayılan məlumatlar HƏQİQƏTİ ƏKS ETDİRMİR-Natiq Axundov
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.
3 Sentyabr 2021 20:04 Daxili siyasətOlaylar.az xəbər verir ki, Natiq Axundov öz facebook hesabında Dövlət Gömrük Komitəsi ilə bağlı yayılan şaiyələrə aydınlıq gətirib. Qeyd edib ki "Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb.
Bildirirəm ki, həmin iddialar həqiqətə uyğun deyil, Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır."