DGK təkzib etdi: “Məlumat yalandır”
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb
3 Sentyabr 2021 13:09 Daxili siyasətBəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət almaqda təqsirli bilinərək saxlanılan Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olduğuna dair iddialar irəli sürülüb. "Olaylar" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov öz Feysbuk səhfəsində bildirib ki, həmin iddialar həqiqətə uyğun deyil, Emin Xəlilovun Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilovun qardaşı oğlu olmasına dair məlumatlar yalandır.