Ərdoğan Xəzər İbrahimi QƏBUL EDİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.
12 Avqust 2021 14:46 Daxili siyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.
Olaylar.az axar.az a istinadən xəbər verir ki, X.İbrahim bu barədə Tvitter səhifəsində paylaşım edib.
"Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!", - deyə X.İbrahim qeyd edib.
Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31